Bakının bu hissəsində gizli yeraltı keçid yenidən açılmalıdır – MEMAR - FOTOSESİYA

Memar Elçin Əliyev “İçərişəhər” ərazisində yaranmış vəziyyətlə bağlı diqqətçəkən fikirlər səsləndirib.
Avtosfer.az xəbər verir ki, memarın sözlərinə görə, qala divarlarının inşasından etibarən burada bastionlarla əlaqə yaradan kiçik keçidlər mövcud olub. Həmin keçidlər divarları və xəndəkləri yan atəşlə qorumaq məqsədilə inşa edilmiş beşbucaqlı çıxıntılı möhkəmləndirmələrə – bastionlara aparırdı. Bu gün İçərişəhərdə mövcud olan girişlərdən birinin yerində vaxtilə birinci müdafiə bastionuna gedən keçid yerləşib. Sözügedən bastion isə sonralar “Bakı Soveti” (indiki “İçərişəhər”) metro stansiyasının tikildiyi ərazidə olub.
Elçin Əliyev xatırladıb ki, 1867-ci ildə Rusiya imperatoru II Aleksandrın fərmanı ilə qalanın hərbi istehkam statusu ləğv edildikdən sonra bu keçid genişləndirilib və artıq qalaya yalnız piyada deyil, nəqliyyat vasitələri ilə də daxil olmaq mümkün olub. Uzun illər ərzində qala divarları ilə metro stansiyası arasındakı ərazi şəhər sakinlərinin istifadəsində olub. Sovet dövründə burada hətta ictimai nəqliyyatın son dayanacağı da fəaliyyət göstərib.
Memarın fikrincə, vəziyyət SSRİ-nin dağılmasından sonra dəyişib. Bu gün isə turistlər və şəhər sakinləri qədim şəhərə daxil olmaq üçün dövlət qurumlarının əməkdaşlarına məxsus avtomobillər arasında sıxılaraq hərəkət etməyə məcbur qalırlar. Onun sözlərinə görə, “şəhərin abadlaşdırılmasına cavabdeh” olan məmurların bahalı avtomobilləri aybaay metro çıxışına bir az da yaxınlaşaraq təkcə yol hissəsini deyil, piyada səkilərini və ümumilikdə şəhər məkanını zəbt edir.
Elçin Əliyev qeyd edib ki, bu mənzərə şəhər mühitinə və ictimai məkana münasibətin real göstəricisidir.
Eltac Zülfüqaroğlu
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA
Yaşıl enerjiyə keçid iqlim dəyişikliklərinə necə təsir edəcək? – Ekoloq AÇIQLADI






















