Barselona taksiləri niyə bu rəngdədir? - Faciəli tarix

Barselona şəhərində taksilərin sarı və qara rənglərdən ibarət olması ilə bağlı maraqlı bir tarixi fakt var. Axar.az xəbər verir ki, taksilərin məhz qara və sarı rənglərdən ibarət olması görkəmli memar Antonio Qaudinin adı ilə bağlıdır. Antonio Qaudi 1926-cı ildə Barselonada ilk dəfə işləməyə başlayan tramvayın çarxları altında qalaraq, faciəli surətdə həlak olub. Deyilənə görə, 74 yaşlı sənətkar yolun ortasında dayanıb, özünün layihələşdirdiyi şəhərə baxarkən yavaş sürətlə hərəkət edən tramvayın altına düşüb. Ətrafdakı heç bir faytonçu bu kasıb geyimli insanı xəstəxanaya aparmayıb. Çünki kimsə onun yol pulu ödəyəcəyinə inanmayıb. Nəhayət onu yoxsullar üçün şəhər xəstəxanasına aparıblar, o isə huşu özünə gəlmədən oradaca keçinib. Bu faciədən sonra Barselona şəhərinin meri taksilərin Qaudinin kədərli xatirəsinə qara və insanların islaholunmazlığı, rüsvayçılığının rəmzi olan sarı rəngdə olması ilə bağlı göstəriş verib. O gündən Barselonada fəaliyyət göstərən taksilərin hamısı bu görünüşdədir.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












