Baykar Mərakeşdə zavod TİKMƏYƏCƏK

Bu günlərdə Azərbaycan mediasında Türkiyənin Baykar şirkətinin mərakeşdə PUA istehsalı zavodu tikəcəyi ilə bağlı məlumat tirajlandı. Xəbər xarici KİV də yer ayırdı (əlbəttə ki, qlobal səviyyəlilərdə yox). Şirkət özü isə məsələ ilə bağlı açıqlama verməyə tələsmədi.
Avtosfer.az xəbər verir ki, Mərakeş mediası faktı dəqiqləşdirib. Məlum olub ki, Baykar bu ölkədə PUA təmiri mərkəzi açacaq. Söhbət istehsaldan deyil, təmirdən gedir.
Barlamane.com saytı yazır ki, Baykar bu ölkədə “Atlas Defence” adlı filialını 2024-cü ildə açıb. Filialın nizamnaməsində PUA istehsalı, təmiri və modernləşməsi müddəaları yer alır. Lakin cəmi 680 000 dollar nizamnamə kapitalı olan müəssisənin qabaqcıl zavod açması reallıqdan uzaqdır. Lakin təmir müəssisəsi açılsa, bura Afrika üçün mərkəzə çevrilə bilər.
Rabat 2021-ci ildə 13 ədəd Bayraktar TB2 dronu üçün 70 milyon dollar ödəyib. Bu il isə daha təkmilləşmiş Akıncı PUA-ları alacaq.
Vüqar Yaşaroğlu
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA
Yaşıl enerjiyə keçid iqlim dəyişikliklərinə necə təsir edəcək? – Ekoloq AÇIQLADI










