“Belavia”nın ilk qadın pilotu - 28 yaşı var + FOTO

“Belavia” aviaşirkətində ilk qadın fəaliyyətə başlayıb. Avtosfer.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, “Belavia” yaradılan gündən (1996-cı il) Svetlana Yeremenko aviaşirkətin sıralarında ilk qadın pilot olub. Svetlana 1987-ci ildə Yakutiyada aviasiya işçiləri ailəsində anadan olub. Uşaqlıqdan pilot olmaq istəyib. 2011-ci ildə Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universitetini “mülki hava gəmilərinin uçuş istismarı” ixtisası üzrə bitirib. O, karyerasını regional “Pskovavia” aviaşirkətində An-24/An-26 sərnişin təyyarələrində başlayıb, sonra “Transasero”da işləyib. Svetlana “Belavia”ya 2015-ci ildə gəlib. Lazım olan təlim, o cümlədən yerüstü, nəzəri və trenajor hazırlığı keçəndən sonra dekabrın 29-da stajçı qismində Türkmənistan paytaxtına ilk uçuşunu həyata keçirib. Svetlana evlidir, onun həyat yoldaşı Sankt-Peterburqda pilot işləyir. S.Yeremenko gender stereotipləri barədə suala cavabında deyib: “Müasir dünyada artıq çoxdandır ki, peşələri kişi və qadın peşələrinə ayırmırlar. İnsanın istəyi varsa, sağlamlığı imkan verirsə və keyfiyyətli təhsil alıbsa, o, öz vəzifələrinin öhdəsindən gəlir. Odur ki, onun kişi və qadın olmasının heç bir fərqi yoxdur. Əgər bütün proseduralar təhlükəsizlik tələblərinə uyğun yerinə yetirilirsə, kimin idarə etməsinin təyyarə üçün heç bir əhəmiyyəti yoxdur. Əsas məsələ təhlükəsizlikdir”.
Svetlana hələlik stajçıdır, təlimatçı ilə uçur. Amma tezliklə Boeing 737NG təyyarəsinin ikinci pilotu qismində müstəqil uçuşlara başlayacaq. Svetlana gələcəkdə təlimatçı-pilot olmaq arzusundadır.
“Belavia” aviaşirkətinin baş direktoru Anatoli Qusarov deyib: “Biz qadın pilotların sayını artırmağı planlaşdırırıq”.
“Apple CarPlay” və “Android Auto” niyə avtomobillərdən çıxarılır? – Səbəbi AÇIQLANDI
“Lexus” sürəndə hörmət qoyanlar “Changan”da adamı bezdirirlər – Nazilə Səfərli - VİDEO
Daha bir marka tarixə qovuşa bilər
“Rettungsgasse” bizdə də ola bilərmi? - VİDEO
ABŞ-də bu avtomobillər 85 qəpikdən hərraca çıxarıldı – MARAQLI
Yollarda səs-küyün qarşısını belə almaq olar – TƏKLİF
Avtomatik maşınlarda bu düymənin nə işə yaradığını bilirsiniz? – ARAŞDIRMA
“Eşref Tek”in maşını Bakıya gətirildi: İstəyən şəkil çəkdirə bilər – VİDEO
Bu küçə piyadalaşdırılacaq: Evlərin qiyməti yüksələ bilər – EKSPERT – VİDEO
Gədəbəydə maraqlı toy karvanı - VİDEO
Bakıda retro maşınlarından ibarət toy korteji - VİDEO











