Bənövşəyi xətdəki qatarların yaşı neçədir? - FOTO

Son günlərdə Bakı Metropolitenindəki qatarların istismar müddətinin uzun olması barədə müzakirələr intensivləşib. Bu müzakirələr zamanı, xüsusən də sosial şəbəkələrdə subyektivliyə yer verilir.
Doğrudur, metroda köhnə qatarlar da hərəkət edir və hələ ki, heç kim onları yığışdırmaq fikrində deyil. Burada hansısa qanunsuzluq da yoxdur.
Hazırda ən “qoca” vaqonlar metronun Bənövşəyi xəttində hərəkət edir. Burada 1990-cı ilin istehsalı olan qatara da rast gəlmək mümkündür. Ən azından vaqonların üzərindəki yarlıqlar bunu sübut edir.
Ötən gün istifadə etdiyim hər 2 qatar 1991-ci ilin istehsalı idi, yəni SSRİ-nin sonuncu ili. Vaqonların əsaslı təmirdən çıxdığı, işıqlandırma və daxili örtüyün dəyişdirildiyi hiss olunurdu. Lakin vaqonlardan məlumat lövhəsində göstərilən “SSRİ-də istehsal olunub, 1991” yazısı mənə heç də səmimi gəlmədi. Necə ola bilər ki, eyni zavodda, eyni ildə istehsal olunmuş vaqonların birində məlumat lövhəsi tökmə üsulu ilə, digəri ştamplama yolu ilə hazırlanıb. Ölkənin çətin iqtisadi vəziyyətdə olduğu vaxtda texnologiyanı dəyişmək kimə lazım idi? Həm də maaşları aylarla verə bilməyən müəssisənin buna sərf edəcək əlavə vəsaiti vardımı? Ştamplama yolu ilə hazırlanan lövhənin də 1991-ci ilin məhsulu olmadığı dərhal gözə çarpır. Ola bilsin, vaqon daha köhnədir, təmirdən sonra onun istehsal tarixini bir qədər “cavanlaşdırıblar”.
İşin texniki tərəflərinə gəlincə. Bənövşəyi xətdən müntəzəm istifadə edən sərnişin kimi deyə bilərəm ki, bura metronun ən rahat xəttidir. Burada sərnişin sıxlığı çox olmadığından vaqonlarda kondisionerə ümumiyyətlə ehtiyac yoxdur. Yay vaxtı sərnişinlərin sərinləmək üçün bu xəttin Memar Əcəmi stansiyasında bir neçə dəqiqə dayanması da adi haldır.
O ki qaldı yaşlı qatarlardan istifadəyə, ümumiyyətlə relsli nəqliyyatın istismar müddəti digərlərindən dəfə\lərlə uzundur. Avropa ölkələrində 80-ci illərin əvvəllərində istehsal edilmiş qatarlar bu gün də az yüklü xətlərdə istismar olunur. Bizdə də vəziyyət fərqli deyil.
Vüqar Yaşaroğlu
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir
"Telegram"ın qurucusu Hüseyn Həsənovla "Buggy" sürdü - VİDEO















