Bəşəriyyətin xaosa, homoseksuallığa sürükləyən dəhşətli "Kainat-25" eksperimenti

Maraqlı 16 Avqust 2018 22:39 Oxunub 1853
Bəşəriyyətin xaosa, homoseksuallığa sürükləyən dəhşətli "Kainat-25" eksperimenti
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İlk 104 gündə ilkin mərhələdə bu siçanlar öz məkanlarını seçirlər və yuvalarını düzəldirlər

"Kainat-25" eksperimenti bizə cəmiyyətdə sosial partlayışların necə nəticələnəciyini söylədi.

 

Avtosfer.Az islaminsesi.info-ya istinadən bildirir ki, amerikalı alim etoloq Con Kelxun XX əsrin 60-70-ci illərində qeyri-adi bir eksperiment keçirdi. Bu eksperiment nəticəsində Kelxun  insan cəmiyyətinin sonu haqqında inanılmaz bir nəticə əldə edib. İnsanların bu qədər sürətlə artması və bunun nəticəsində cəmiyyətdə sosial partlayışı o labaratoriyada siçanlar üzərində təcrübə ilə sübut etdi. İlk təcrübəsində 1958-ci ildə  bir Norveç siçanı koloniyasına 28 ay boyunca sərhədsiz yemək verir. Onlarırın sayının 5000 olacağı düşünülsə də, sayları heç 200-ü keçmir. Hətta koloniya  daxilində siçanlar ayrılımış və özləri 12-lik kiçik qruplar yaratmışdılar.

 

Bunu görən Kelxun  1972-ci ildə "Kainat -25" adı verdiyi eksperimentdə siçanlar üçün "cənnət" yaratdı. 2,7 kvadratmetrlik yerdə 4 ayrı bir məskən yaradır. Bu bölgələrin içində daimi olaraq su və yemək olan və sığınmaq ehtiyacını ödəyən 256 dənə mənzil hazırlayır. Hər biri 15 siçana ev sahibliyi edəcək qədər geniş yaradılan mənzillərə giriş-çıxış tunellərlə olur. "Siçan cənnəti"ndə xəstəliklərə anında müdaxilə edilir, eksperiment olan otaq daimi nəzarətdə saxlanılır və temperatur onların arzuladığı kimi təşkil olunur. Bütün bunlar onların sayının 4000-ə çatmasına qədər davam edir. Daha sonra eksperimentin ilkin mərhələsi başlayır. Kelxun 4 erkək və 4 dişi siçanı təcrübə sahəsinə buraxır. İlk 104 gündə ilkin mərhələdə bu siçanlar öz məkanlarını seçirlər və yuvalarını düzəldirlər.

 

Partlama mərhələsi adlanan bu mərhələdə siçanlar sürətli artır və sayları 620-ə çatır. Elə bu nöqtədə bəzi məkanlarda siçanlar daha da artmağa, bəzi yerlərdə isə 3 qat azalır. Araşdırma zamanı məlum olur ki, müəyyən məkanlarda siçanlar daha çox yemək yeyir. Bunu araşdırarkən məlum olur ki, bir siçanın yemək yemə vərdişi onun sosialaşması ilə bərabər gedir. Siçanların çoxu təkbaşına yemək yemir. Sosial baxımdan inkişaf etməyən siçanların sayı artır. Məlum olur ki, nə qədər qələbəlik içindəsən, o qədər sosialı bağ qurmaq istedadı aradan gedir.

 

315 gün sonra qələbəlik içində rol ala bilməyən bəzi erkək siçanlar bundan amansızlaşmağa başlayırlar. Onlar dişilərini və məkanlarını qorumadan elə hey qidalanmanı gözləyir, ya da kimlərəsə hücum edirlər. Bu erkək siçanlar artıq cinsiyyətə fərq qoymadan təcavüzə başlayırlar. Bu da homoseksualizmə gətirib çıxarır. Hətta siçanlar bir-birlərini öldürməyə belə başlayırlar. Buna qarşılıq verən dişi siçanlar aqressivləşməyə başlayırlar, öz uşaqlarına da hücumlar edirlər. Onlar artıq ana olduqlarını unudurlar. Dişi siçanların çoxu cütləşməkdən belə imtina edirlər.

 

560 gündən sonra isə "Ölüm Mərhələsi" adı verilən zaman gəlir. Bu günlərdə siçanların sayı kütləvi şəkildə azalır. Siçanlar arasında balaların ölümü 90% qalxır. Bütün bu xaosun içində siçanlar arasında yeni davranış forması meydana çıxır. Çütləşmək, sevgili olmaq, uşaq sahibi olmaq kimi adi ehtiyaclardan xali bir qrup yaranır. "Gözəllər" adlanan bu qrup tamamilə cəmiyyətdən ayrı durur. Onlar davadan qaçırlar, cütləşmirlər və bütün günü yemək yeyib yatırlar. Onlar yalnız öz qayğılarına qalırlar və yuvalarını təmiz saxlayırlar. Bu vəziyyətdə Kelxoun müəyyən edir ki, onların içində siçanlığa aid heç nə qalmayıb. Onlar artıq siçan cəmiyyəti uğruna heç nə etmədən passivliyə qapanıblar. Kelxoun bunu cəmiyyətin ölümü adlandırır. Yəni ruhları ölüb, fiziki ölümləri gələnə kimi yatacaqlar. Kelxoun bildirir ki, bu insan cəmiyyətinin güzgüsüdür. Heç bir sosial rulun qalmaması budur.

 

Nəhayət son doğuş 920-ci gündə reallaşır. Sayları 2200 olsa da, məkanın 4000 saya sahiblik etmə imkanı müqabilində az görünür. Artıq sayda artım yoxdur, sürətli ölüm yüksəlir. Bəzi siçanlar üst mərtəbələrdə yaşayır. Aşağı mərtəbələrdə isə dəstələr formasında yaşayan siçanlar hücumlar təşkil edir və yamyamlıq edirlər. Qəribə burasındadır ki, eksperiment keçirilən yerə yenə əvvəlki kimi sərhədsiz qida verilir, və temperatur da həminki olur. Kelxounun "Davranışsal Çöküş" adını verdiyi mərhələ başlayır və sona heç bir siçan qalmayana qədər hər biri məhv olur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh