Beyləqanda Stalin dövründə baş verən təyyarə qəzasının TARİXÇƏSİ: Komandirə hansı cəza verilib?

Beyləqanda Stalin dövründə baş verən təyyarə qəzasının təfərrüatı məlum olub.
Lent.az-ın sovet arxivlərindən əldə etdiyi məlumata görə, 18 may 1948-ci ildə 211-ci aviadəstənin pilotu “Po-2A” tipli təyyarə ilə çəyirtkə ilə mübarizə üçün Beyləqan (keçmiş Jdanov) rayonuna gəlir.
Bir neçə gün əvvəl isə aerodroma dörd ədəd “AP” təyyarəsindən ibarət heyət də gəlmişdi. Bütün heyətə bir nəfər komandirlik edirdi.
“Po-2A” təyyarəsinin pilotu mayın 23-də dərmanlama üçün Beyləqan aerodromundan qalxaraq yeddi kilometr kənardakı işçi aerodroma gəlir. İş bitəndən sonra o, istirahət və axşam uçuşuna hazırlıq üçün əsas aerodroma qayıdır.
Axşam uçuşu vaxtı komandirin yoxluğundan (yanacaq gətirmək üçün başqa yerə getmişdi) istifadə edən pilot arxa kabinəyə aviatexniki və bir yerli sakini gəzmək üçün mindirir. Salonda 2 sərnişinin olması, yanacağın azlığı və kimyəvi maddə çəninin boş olması təyyarənin balansını pozur.
70 metr yüksəyə qalxan pilot kəskin manevr edərək işçi aerodroma yönəlir. Yolüstü sahəyə baxmaq üçün pilot təyyarəni yeddi metrədək aşağı endirir, sonra 50 metrədək yüksəklik yığır. İşçi aerodroma enməyə hazırlaşan pilot təyyarəni 45 dərəcə döndərir. Belə böyük əyilmə təyyarənin tarazlığını pozur və yerə çırpılaraq alışır. Aviatexnik və kəndli yanan təyyarədən çıxa bilsələr də, bu xoşbəxtlik pilota müəssər olmur. O, məsuliyyətsizliyinin cəzasını yanaraq həyata vida etməklə ödəyir.
Təhqiqat komissiyasının rəyinə görə, qəzaya pilotun uçuş normalarını kobud şəkildə pozması səbəb olub. Əlavə sərnişinlərə görə təyyarənin balansı pozulub və idarəetmə çətinləşib.
Şəxsi heyətlə lazımi tərbiyəvi iş aparmayan komandirə töhmət verilib.
Çin hökuməti “təkərli smartfon”lara qadağa qoyur
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA










