Bəzi rəhbərlər niyə yaxşı və pis işçini ayıra bilmirlər?

Günümüzdə bir çox müəssisə və təşkilatlarda, qurumlarda bəzi rəhbərlər yaxşı və pis işçini ayıra bilmirlər. Mövzunun məğzi isə odur ki, yaltaq işçilər daha çox “önə gedir”. Bunu müşahidə etmək üçün sosial şəbəkələrdə yazılan statuslara, əvvəlki iş yerindən ayrılan şəxslərin fikirlərinə diqqət etmək kifayətdir.
Bəs bu məsələ nədən qaynaqlanır? Niyə yaxşı işçilər çox vaxt kölgədə qalırlar?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan psixoloq Elmir Əkbər bildirib ki, cəmiyyətimizdə bu hal çoxdur:
“Normal əqli, zəka imkanları olmayanlar, hətta debillik dərəcəsi olanlar belə “qabağa gedirlər”, yer tuturlar. Bu da ondan irəli gəlir ki, rəhbər vəzifədə olan bəzi şəxslərin peşəkarlığı kifayət dərəcədə deyil. Həmin şəxslər işçini hansı xüsusiyyətlərinə görə qiymətləndirməyi bilmirlər. İşçini iş bacarığına, şəxsi, psixoloji keyfiyyətlərinə görə deyil, yaltaqlığına görə qiymətləndirirlər. Çünki həmin şəxsin peşəkarlığı böyük bir sual altındadır.
İkincisi isə bu cür rəhbərlərin çox ciddi daxili natamamlıq kompleksi olur. Sözügedən şəxslərin özünə inamı, güvəni yoxdur deyə təriflənməyə ehtiyac duyurlar. Buna görə də həmin şəxslər tərif deyən, yaltaqlanan adamlara xüsusi diqqət və dəstək ayırırlar.
Gözəl bir şeir var: “səhv düşəndə yerimiz”. Bəli, günümüzdə çox insanın yeri səhv düşüb. Rəhbər və liderlik xüsusiyyətləri olmayan insanlar müəyyən səbəblərdən, təsadüf nəticəsində rəhbər vəzifəsində oturanda nəticə acınacaqlı olur”.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












