Bill Qeytsdən yeni peyvənd ANONSU: “İynə olmayacaq”

"Microsoft"un həmtəsisçisi, eləcə də bəşəriyyət üçün "yeni" peyvəndlərin hazırlanmasına vəsaitin əhəmiyyətli bir hissəsini yatıran Bill Qeyts, koronavirus peyvəndlərinin formaca fərqli olacağını açıqlayıb.
Bu barədə amerikalı milyarder Hindistana səfəri zamanı yerli telekanallardan birinə müsahibəsi zamanı məlumat verib.
Qeytsin sözlərinə görə, peyvəndin cəmiyyətdə daha populyar olması üçün onlar iynə əvəzinə yara lenti formasında istehsal ediləcək:
"Biz onları daha uzunmüddətli və əhatə dairəsi baxımından daha geniş etməliyik... Biz iynə yerinə kiçik bir yara lentindən istifadə edəcəyik".
Qeyts həmçinin vəd edib ki, daimi rəqabət və yeni peyvəndlər hazırlamaq cəhdləri şəraitində bəşəriyyət mütləq vərəm, malyariya və HİV-dən qorunmağa kömək edən peyvəndlər icad edəcək.
O qeyd edib ki, peyvəndin hər kəs üçün əlçatan olması məqsədilə onların qiymətlərinin münasib olmasına xüsusi diqqət yetirir.
Qeyd edək ki, daha əvvəl Davosda keçirilən illik Dünya İqtisadi Forumunda çıxışı zamanı Qeyts bildirib ki, həyat yoldaşı Melinda ilə birlikdə səhiyyədə yeni texnologiyaların inkişafına 8 milyard dollardan çox sərmayə yatırmaq niyyətindədir. (bizimmedia)
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA
Yaşıl enerjiyə keçid iqlim dəyişikliklərinə necə təsir edəcək? – Ekoloq AÇIQLADI










