Bir neçə ay öncə bu fotonu paylaşan stüardessa bu gün qəzaya düşdü - FOTO

Xəbər verdiyimiz kimi, bu gün Misir Hava Yollarına məxsus A320 sərnişin təyyarəsi Paris-Qahirə uçuşunu həyata keçirən zaman qəzaya uğrayıb. Hava gəmisinin göyərtəsində 3-ü uşaq olmaqla 69 nəfər olub. “Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, təyyarənin və sərnişinlərin axtarışları davam etdirildiyi zamanda maraqlı məqam üzə çıxıb. Belə ki, A320 təyyarəsində çalışan Samar Ezeddin adlı stüardessa qəzadan bir neçə ay öncə “Facebook” hesabında “dənizdə batan təyyarə” fotosunu paylaşıb. Fotoşop proqramı vasitəsilə düzəldilmiş şəkildə görünür ki, gənc qız yaş paltarı və əlindəki çamadanla dənizdən çıxır, ondan arxada isə təyyarə batır.
Stüardessanın tanışları bildiriblər ki, bu fotomontaj təsadüfən olub: “O, ola bilməz ki, öz gələcəyini öncədən görsün”.
Qeyd edək ki, sərnişinlər arasında Misir, Fransa və Britaniya vətəndaşları var. Misir Aviasiya Nazirliyindən bildirilib ki, təyyarə Aralıq dənizinə düşüb və böyük ehtimalla hissələrə bölünüb.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












