Braziliyada magistral yolda fəlakət: Onlarla insan itkin düşdü - FOTO - VİDEO

Braziliyanın Parana əyalətində magistral yolda torpaq sürüşməsi baş verib.
20-yə yaxın minik və yük avtomobili uçuruma yuvarlanıb. Nəticədə azı iki nəfər ölüb, 50-yə yaxın adam isə itkin düşüb.
Bu barədə Braziliya Fövqəladə Hallar Nazirliyinin rəsmisi Manoel Vasko açıqlama verib. O, qurbanların sayının dəqiqləşdirilməsinin çətin olduğunu bildirib. Həmçinin itkin düşənlərin sayının təxminən 30-50 arasında olduğunu və axtarışların davam etdiyini qeyd edib.
Axtarış-xilasetmə əməkdaşları əlverişsiz hava şəraiti səbəbindən işlərin çətinləşdiyinə diqqət çəkiblər.
Hadisə yerindən paylaşılan fotolar isə sürüşmənin miqyasını ortaya çıxarıb.
Həmçinin məlumat verilib ki, axtarışlar zamanı sağ qalanların tapılması üçün istilik detektorlu dronlardan istifadə edilir.
Mənbə: Haber Global
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA
Yaşıl enerjiyə keçid iqlim dəyişikliklərinə necə təsir edəcək? – Ekoloq AÇIQLADI










