Bu aeroporta cəmi 50 pilot eniş edə bilər – SƏBƏB - VİDEO
Butan Krallığını çox az adam tanıyır. Himalay massivində yerləşən bu ölkə kiçik olsa da, gözəl təbiəti var. 800 min əhalisi olan ölkədə düzənlik sahə azdır, hər yer dağlarla əhatələnib.
Avtosfer.az xəbər verir ki, paytaxt Timfudan 54 kilometr məsafədəki Paro aeroportu ölkənin yeganə beynəlxalq hava limanıdır. Dağlarla əhatələnmiş hava limanına cəmi 2 şirkət uçuş həyata keçirir. Beynəlxalq əlaqələr üçün bu aeroport xüsusi əhəmiyyətə malikdir. Uçuşlar əsasən Çin və Hindistanadır.
Hava limanı dağların əhatəsində olduğundan bura hər pilot uçuş edə bilmir. Burada duman adi haldır, əlverişli havası olan günlər barmaqla sayılır. Bu səbəbdən, Paro limanına uçuş üçün pilotlar xüsusi təlim keçirlər. Hazırda bu aeroporta uçuş üçün cəmi 50 pilotun lisenziyası var.
Gediş-gəliş çətin olsa da, Butanın gözəl təbiəti turistlərin daim marağındadır.
Vüqar