Bu avtobusların insan sağlamlığına ziyanı varmı? - RƏSMİ

Elektrik mühərrikli avtobuslar ənənəvi daxili yanma mühərrikləri yerinə elektrik enerjisi ilə işləyən nəqliyyat vasitələridir. Bu avtobuslar şəhər nəqliyyatında sıfır emissiya təmin edərək ətraf mühitin qorunmasına böyük töhfə verir.
Avtosfer.az xəbər verir ki, texnologiyanın inkişafı ilə elektrobusların batareya ömrü və məsafəsi artır, xərcləri isə azalır.Bu səbəbdən, bir çox şəhər artıq fosil yanacaqlı avtobusları elektrik mühərrikli avtobuslarla əvəz etməyi planlaşdırır.
Paytaxt Bakıda da elektrik mühərrikli avtobuslar müntəzəm marşrut xətti üzrə fəaliyyət göstərməyə başlayıb. Bəs elektrik müəhrrikli avtobsuların yolda qalma ehtimalı varmı? Ümumiyyətlə bu avtobuslar nə qədər məsafəqət edir? İnsan sağlamlığı üçün hər hansı təhdid təşkil edirmi?
Bu suallara cavab tapmaq üçün "BakuBus" MMC-yə müraciət etdik. Qurumun mətbuat xidmətindən bildirildi ki, hazırda ictimai nəqliyatın islahatı ilə bağlı genişmiqyaslı tədbirlər həyata keçirilir:
"Bu tədbirin mühüm istiqamətlərindən biri müasir qaraj infrastrukturunun yaradılmasıdır. Şəhərin marşrut xətlərində fəaliyyət göstərən elektrikli avtobuslar Zığ Avtoparkından xəttə çıxır. Bu avtoparkda 60 ədəd şarj cihazı quraşdırılıb.
Avtobuslar marşrut xəttindən qayıtdıqdan sonra qarajda 3 saat ərzində enerji ilə tam doldurulur. Bununla yanaşı, sürətli şarjolma funksiyası vasitəsilə doldurma prosesi 1 saat 30 dəqiqəyə qədər azaldıla bilər.
![]()
Avtobusların enerji səviyyəsi 20 faizdən aşağı düşdükdə, vasitə avtomatik olaraq xəttdən çıxarılaraq qaraja yönləndirilir. Əlavə olaraq, enerji səviyyəsi 50 faizdən aşağı olduqda sürücülərə növbə dəyişimi zamanı enerji doldurma məntəqələrində enerji yığılması barədə təlimat verilir. Elektrikli avtobuslar tam enerji dolumundan sonra hava şəraitindən asılı olaraq 306 km-ə qədər məsafə qət edə bilir və dövriyyə üçün nəzərdə tutulan gün ərzində fasiləsiz xidmət göstərə bilir.
Elektrikli avtobusların istismarı yalnız sərnişinlərimizin rahatlığı üçün deyil, həmçinin ətraf mühitin qorunması və insan sağlamlığına diqqətin artırılması məqsədini daşıyır. Mühərriklərin tamamilə elektriklə işləməsi atmosferə heç bir zərərli tullantının buraxılmamasını təmin edir. Bu avtobuslar ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi olmaqla, şəhərin hava keyfiyyətinin yaxşılaşdırılmasına töhfə verir və sakinlərin sağlamlığı üçün heç bir təhlükə yaratmır.
Sürücülərin peşəkarlığının təmin edilməsi məqsədilə elektrikli avtobusları idarə edən sürücülər "BakuBus" MMC-nin Sürücü Təlim Mərkəzində xüsusi təlim kursu keçiblər. Ötən gün texniki səhvə yol vermiş sürücü yenidən təlimə yönləndirilərək əlavə hazırlıqdan keçiriləcəkdir".
(baku.vs)
Düzgün layihələndirilməyən şəhərlər insanları piyləndirir? - ARAŞDIRMA
Sürücüsüz avtomobillər bu ildən Avropaya gəlir – Hansı qaydalar dəyişdiriləcək? - ARAŞDIRMA
Keçən il “Bolt”un çatdırdığı ən bahalı sifariş 647 avroluq ətir olub – AÇIQLAMA - VİDEO
Təyyarə istehsalçısından rekord nəticə
“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem
Həmin körpə Van Dammın azərbaycanlı nəvəsi deyilmiş... - FOTO
Balacaboy sürücülər kəmər taxmaya bilər - Sovetdən qalma qaydalar dəyişdi
Sürücülərin qışda ən çox təkrarladığı səhv; maşını ağacların, binaların altında saxlamayın - TÖVSİYƏ
Göyərçini iki avtomobil qiymətinə satdılar - VİDEO
Elektromobillər üçün şarj cihazının istehsalı diqqət çəkir - VİDEO
Qarajda unudulan 57 ilin maşınını görün nə hala gətirdilər - VİDEO











