Bu çiçəkləri dərənlər 21 min manat cərimələnəcək - VİDEO

Paxlalı bitkilərin kraliçası adlandırılan və dünyada yalnız Türkiyənin Eber və Akşehir gölləri ətrafında bitən Eber Sarısı bu il özünəməxsus gözəlliyi ilə çiçək açıb.
Eber Sarısı tərkibindəki antioksidant və antimikrobial maddələr sayəsində əczaçılıq sənayesində istifadə olunma potensialına malikdir. Bu bitkilər Afyonkarahisarın Bolvadin və Çay rayonları sərhədlərində olan Eber gölündə bitir.
Eber sarısının çiçəklənməsi bölgədə yazın gəlişinin və isti havaların müjdəçisi kimi də tanınır. Eber Sarı yer üzündə təxminən 18 min paxlalı bitki növü arasında bir çiçəkdən 3 meyvə verən yeganə növdür. Bu xüsusiyyəti ilə dünyada bənzərsiz əhəmiyyətə malik genetik resursdur.
sas məsələ isə bu nadir bitkinin dərilməsinə görə təyin olunan cəzadır. Belə ki, endemik bitki növləri arasında yer alan Eber Sarısını dərməyin cəzası fiziki şəxslər üçün 244 min 315 TL-dir (təxminən 21 min 304 manat). Vəzifəli və hüquqi şəxslər üçün isə bu rəqəm 10 dəfə artıqdır.
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA
Yaşıl enerjiyə keçid iqlim dəyişikliklərinə necə təsir edəcək? – Ekoloq AÇIQLADI










