Bu əşyaların qışda avtomobilə qoyulması TƏHLÜKƏLİDİR - FOTO

Qış aylarında avtomobillə hərəkətə diqqət etməli olduğumuz kimi, nəqliyyat vasitəsinin daxilində saxlanılan əşyalara da fikir verməliyik. Mütəxəssislər bir çox əşyaların qış aylarında avtomobildə saxlanılmasını düzgün hesab etmir.
Avtosfer.az “Qafqazinfo”ya istinadla qışda maşında saxlanılması tövsiyə edilməyən əşyaları təqdim edir:
Əksər musiqi alətlərinin qışda avtomobildə saxlanılması tövsiyə edilmir. Çünki simli alətlər temperaturun dəyişməsindən zədə ala bilər.

Elektron avadanlıqlar soyuğun təsirindən ciddi zərərlərlə üzləşir. Təəssüf ki, soyuqdan və ya nəmdən zədələnmiş cihazlar zəmanətli təmirə məruz qalmır.

Bir çox dərman məhsulları da soyuqda öz tərkibini itirir və nəticədə sağlamlığa zərər vura bilər.

Qabyuyan maye və şüşə təmizləyicilər kimi bir çox məhsulun tərkibində adi su var. Mənfi temperaturda həmin su buza çevrilə və maşın şüşəsini qıra bilər.
Bütün konservləşdirilmiş qidaların tərkibində su var. Bu baxımdan maşna qoyulan dondurulmuş banka qırıla və genişlənə bilər.

Soyuqda yumurta qabığı çatlayır və möhkəmliyini itirir. Bu, məhsulun səthində görünən zərər yaratmasa da, daxilində ciddi dəyişiklərə səbəb olur. Ona görə də yumurtanı maşında saxlamaq düzgün deyil.

Bir çox insanlar alkaqollu içkilərin tərkibindəki spirtə görə onun aşağı temperaturda donmadığına inanır. Lakin bir çox içki növləri soyuğa davamlı deyil və avtomobilə qoyulduqda mənfi tempraturda dona bilər.

Bu avtomobillərin sensorları oğurluq üçün əlverişlidir – ARAŞDIRMA - FOTO
Evdəki şkafın altında gizli keçid tapıldı; metro relslərinə çıxışı var - VİDEO
Çin maşının loqosunu silib başqa ad yazdılar; İFŞA OLUNDU - VİDEO
Bu taksi sürücüsünə dərdini danışmaq ödənişlidir; məsləhət almaq üçün 26 AZN ödəməlisən - FOTO
Dünyanın ən böyük elektrikli gəmisi sınaqdan keçirilir
Oğrular evdə ilk yoxladıqları 13 yeri AÇIQLADILAR
Ayaqqabıdan gələn qoxudan 1 məhsulla qurtulun
Bakıda "Suzuki"ni "Galenvagen"ə yığıb satışa çıxardılar - VİDEO
Azərbaycanda “Tesla” avtomobili yoldakı heyvanları insan kimi qeydə aldı - VİDEO
Qəza törədib mübahisə edən sərxoş şəxslər avtomobili güllələyib qaçdı - VİDEO
Dünyanın 7 ən təhlükəli yolu: Sürücülər qorxurlar










