Bu ölkədə dilənçilər 50-60 il əvvəl inkişaf ediblər - QR kodla pul qazanırlar - VİDEO

Məlumdur ki, dünyanın əksər ölkələrində mobil ödənişlər məşhurdur. Apple Pay və Android Pay kimi texnologiyalar mobil cihazlarla rəqəmsal ödənişləri daha asanlaşdırıb. Hətta Çində dilənçilər bu üsuldan istifadə edərək pul qazanırlar.
Avtosfer.az-ın məlumatına görə, bu barədə Çində yaşayan həmyerlimiz sosial şəbəkə hesabında paylaşım edib. Görüntüdən də aydın olduğu kimi, dilənçilər qarşılarına qoyulmuş QR kodlar ilə rəqəmsal ianələri qəbul edirlər. Həmyerlimiz, adətən pulu bu cür toplayan dilənçilərin nağd şəkildə ödənişi xüsusi sevinclə qarşıladıqlarını bildirib: “Çində bütün sahələrdə ödəniş demək olar ki, QR kodla edilir. Ümumiyyətlə Çinin bir sıra əyalətlərində dilənçilər, bomjlar yaxalarında QR kodla küçədə otururlar. Pul vermək istəyən vətəndaşlar telefonu QR koda yaxınlaşdırıb skan edərək “WeChat” yaxud “Alipay” vasitəsilə elektron formada pul köçürürlər. Bir sözlə, Çində yaşayan bomjlar, dilənçilər belə 50-60 il əvvəl inkişaf ediblər”.
Qeyd edək ki, xarici mediada irəli sürülən iddialara görə, şirkətlər yoxsul insanlara dilənmələri üçün ödəniş edir. Bununla da onların mobil ödəniş vasitəsilə topladıqları bütün pullardan komissiya alına bilir.
Nərmin
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA
Yaşıl enerjiyə keçid iqlim dəyişikliklərinə necə təsir edəcək? – Ekoloq AÇIQLADI










