Bu qidalar uşaqlarda xəstəlik yaradır - DİQQƏT EDİN

Son illərdə uşaqlarda qeyri-sağlam qidalanma, hərəkətsizlik, piylənmə, yuxusuzluq, stress və ürək xəstəliklərə daha çox rast gəlinir.
Uşaq kardioloqu Sinem Altunyuva Usta uşaqlarda ürək üçün təhlükəli olan qidaların adını açıqlayıb.
Həkim bildirib ki, piylənmə uşaqlarda ən çox rast gəlinən xroniki xəstəlikdir:
“Araşdırmalara görə, dünyada 5-17 yaş arası uşaqların təxminən 20-25 faizi artıq çəki və ya piylənmədən əziyyət çəkir. Uşaqların ürək sağlamlığını qorumaq üçün valideynlərin üzərinə çox mühüm vəzifələr düşür. Hazırda valideynlərin əksəriyyəti uşaqlarını sağlam qidalandırmır”.
Onun sözlərinə görə, qablaşdırılmış desertlər, dondurmalar, tərkibində yüksək miqdarda şəkər olan qazlı içkilər, soyuq çaylar, rəngli və meyvəli südlər kimi qəlyanaltılar ürək-damar xəstəliklərinin inkişafını asanlaşdıra bilər:
“Bu səbəbdən də uşaqların bu cür qidaları istehlak etməsinin qarşısını almaq lazımdır. Hər kəsə məlumdur ki, tərəvəz və paxlalı bitkilərin istehlakı uşaqların ürək-damar sağlamlığı üçün çox vacibdir. Tərəvəzlər tərkibində az yağ olması ilə yanaşı, zəngin lif, fol turşusu, kalsium, kalium və pis xolesterini (LDL xolesterini) aşağı salan C vitamini sayəsində ürək-damar sağlamlığını qoruyur.
Kartof qızartması uşaqların, eləcə də böyüklərin ürək-damar sağlamlığını təhdid edir. Qızartmaq və qovurmaq əvəzinə, qaynatmaq, öz şirəsində bişirmək daha arzuolunandır. Beləliklə, siz nəinki həddindən artıq yağ qəbulunu məhdudlaşdırırsınız, həm də qida dəyərini artırmaqla uşaqların ürək-damar sağlamlığını qorumuş olursunuz”.
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA
Yaşıl enerjiyə keçid iqlim dəyişikliklərinə necə təsir edəcək? – Ekoloq AÇIQLADI










