Bunu Azərbaycanda da izləmək mümkün olacaq

Səmada dekabrın 28-dən başlayan meteor yağışı və ya selinin aktivliyinin ən maksimal dövrü bu gecə müşahidə edilib. Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov deyib.
Onun sözlərinə görə, yanvarın 12-dək davam edəcək meteor selinin aktivliyini Azərbaycanda da izləmək mümkündür:
"Bu prosesi səhərə yaxın – saat 3-5 radələrində adi gözlə müşahidə etmək olar. Meteor yağışı o qədər sürətlə olur ki, onu teleskopla izləmək mümkün olmur. Bunu izləməyin ən yaxşı yolu arxası üstə uzanıb daimi olaraq səmaya baxmaqdır. Meteor yağışını gecə atmosfer şəffaf və qaranlıq olan yerlərdə izləmək mümkündür. Meteorlar göydə ulduz boyda, amma bəzən ulduzdan da böyük görünürlər. Bu proses çox gözəl olur, göydə sanki işıldaquşlar uçur, gözün önündə “axan ulduzlardan” ibarət gözəl mənzərə açılır”.
Meteorların Günəş sisteminin xırda cisimləri olduğunu deyən direktor müavininin sözlərinə görə, meteor yağışı və ya seli dövrü bir prosesdir:
“Meteor selinin mənbəyi müəyyən bürclərdə olur. Onlar hansı bürcdə yerləşirlərsə, həmin bürcün adı ilə də adlanırlar. Məsələn, bu gecə müşahidə edilən “Kvadrantid” adlanır. O, Əjdaha ilə Naxırçı bürcünün arasında yerləşir və başlanğıcını da oradan götürərək Yerə doğru istiqamətlənir”.
Direktor müavini meteor yağışının Yer kürəsi və insan sağlamlığı üçün heç bir təhlükə törətmədiyini də söyləyib:
“Çünki meteorlar Yer atmosferində tamamilə yanaraq toz halına çevrilirlər. Amma meteoridlər müəyyən təhlükə törədə, Yer səthinə gəlib çatdıqda nəyəsə ziyan vura bilərlər. Çünki meteorid Yer səthinə gəlib çatır və tam yanıb qurtarmır. Amma meteoroidin Yerə gəlib çatması da min illər ərzində bir dəfə olur. İndiyədək Yer kürəsində 3000-ə yaxın meteorid tapılıb”.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












