Bütün dünya bundan danışır - 3 min ildən çox yaşı olan sirli keçidlər - VİDEO

Arxeoloqlar Peruda And dağlarının ətəyində üç min ildən çox yaşı olan məbəddə bir-biri ilə əlaqəli keçidlər aşkar ediblər. And dağlarının şimalında yerləşən “Chavin de Huantar” məbədi vaxtilə sakinlər üçün dini və inzibati mərkəz olub.
Avtosfer.az xəbər verir ki, qazıntını həyata keçirən arxeologiya qrupunun üzvü Stanford Universitetindən Con Rik keçidlərin may ayının əvvəlində aşkar edildiyini və bu keçidlərin məbədin labirint qalereyalarından əvvəl tikildiyinə dair əllərində dəlillər olduğunu ifadə edib. Rik qeyd edib ki, bu yaxınlarda tapılan keçidlər əvvəllər kəşf edilənlərdən tikinti texnikası baxımından çox fərqli xüsusiyyətlərə malikdir. Qeyd edək ki, And dağlarının ətəklərində uzun illər aparılan qazıntılar eramızdan əvvəl 1200-200-cü illər arasında tikildiyi təxmin edilən 35-dən çox bir-birinə bağlı yeraltı keçid şəbəkəsini aşkara çıxarıb. Xatırladaq ki, paytaxt Limadan 250 kilometr aralıda yerləşən “Chavin de Huantar” məbədi 1985-ci ildə YUNESKO-nun Ümumdünya Mədəni İrs siyahısına daxil edilib.
Bu avtomobillərin sensorları oğurluq üçün əlverişlidir – ARAŞDIRMA - FOTO
Evdəki şkafın altında gizli keçid tapıldı; metro relslərinə çıxışı var - VİDEO
Çin maşının loqosunu silib başqa ad yazdılar; İFŞA OLUNDU - VİDEO
Bu taksi sürücüsünə dərdini danışmaq ödənişlidir; məsləhət almaq üçün 26 AZN ödəməlisən - FOTO
Dünyanın ən böyük elektrikli gəmisi sınaqdan keçirilir
Oğrular evdə ilk yoxladıqları 13 yeri AÇIQLADILAR
Ayaqqabıdan gələn qoxudan 1 məhsulla qurtulun
Bakıda "Suzuki"ni "Galenvagen"ə yığıb satışa çıxardılar - VİDEO
Azərbaycanda “Tesla” avtomobili yoldakı heyvanları insan kimi qeydə aldı - VİDEO
Qəza törədib mübahisə edən sərxoş şəxslər avtomobili güllələyib qaçdı - VİDEO
Dünyanın 7 ən təhlükəli yolu: Sürücülər qorxurlar










