BYD-sini evdə saxlayır, altına xalça da sərib - VİDEO

Özbəkistanda baş verən qeyri-adi hadisə sosial şəbəkələrdə böyük maraq doğurub. Avtosfer.az xəbər verir ki, yayılan görüntülərdə bir kişinin BYD markalı avtomobilini qarajda deyil, birbaşa evinin zalında - xalçanın üzərində saxladığı görünür. Qısa zamanda viral olan video izləyicilər arasında təəccüb və müzakirələrə səbəb olub.
Ev sahibi bu qərarını avtomobilə göstərdiyi xüsusi qayğı ilə əsaslandırıb. Onun sözlərinə görə, maşının soyuqda qalmaması, yağışdan və digər hava şəraitindən qorunması üçün onu evdə saxlamaq daha məqsədəuyğundur. O, avtomobilinə adi nəqliyyat vasitəsi kimi yox, ailənin bir üzvü kimi yanaşdığını da vurğulayıb.
Qeyri-adi davranış sosial şəbəkə istifadəçiləri arasında müxtəlif reaksiyalar doğurub. Bəziləri bunu maraqlı və fərqli yanaşma kimi qiymətləndirsə də, digərləri evdə avtomobil saxlamağın düzgün olmadığını bildirib. Hadisə hazırda da onlayn platformalarda geniş müzakirə olunub (Milli.az).
Ayaqqabıdan gələn qoxudan 1 məhsulla qurtulun
Bakıda "Suzuki"ni "Galenvagen"ə yığıb satışa çıxardılar - VİDEO
Azərbaycanda “Tesla” avtomobili yoldakı heyvanları insan kimi qeydə aldı - VİDEO
Qəza törədib mübahisə edən sərxoş şəxslər avtomobili güllələyib qaçdı - VİDEO
Dünyanın 7 ən təhlükəli yolu: Sürücülər qorxurlar
Aşağı sürətin yaratdığı təhlükə - PARADOKS
Bu ölkədə bir maşına iki nömrə taxıb sürmək mümkündür - FAKT
Maşınlarda sükanın yanındakı “OFF” düyməsi hansı məqamlarda istifadə edilməlidir? - TÖVSİYƏ
Yeni tunel və genişləndirilən yollar Bakıdakı tıxacın qarşısını ala bilər? - ARAŞDIRMA
Dünyanın əsas elektromobil batareyası istehsalçıları











