Ceki Çanın dodaq uçuqladan VARİDATI: Milyonlar nəyə xərclənir? - FOTO

Çin əsilli Hollivud ulduzu, sevilən aktyor Ceki Çanın varidatı haqqında məlumat yayılıb.
Aktyor daşınmaz əmlak həvəskarıdır və onun dünyanın ən müxtəlif ölkələrində saysız-hesabsız mülkləri var. Aktyor bildirib ki, bu evlərin çoxu barədə heç kimin xəbəri yoxdur.
Onun varidatının ümumi məbləği 400 milyon dollardan çoxdur. Təkcə ötən il kino sektorundan 40 milyon dollar qazanc əldə edib.
Aktyorun Mayamidə iki böyük villası, Honq-Konqda iki rezidansı, Avstraliya sahillərində futuristik stildə böyük malikanəsi, Kuki adasında villası, Pekində 14 milyon dollar dəyərində iki böyük mənzili barədə məlumat var. Aktyor Beverli Hilzdə 6 milyon dollara alınan 2000 kvadrat metrdən çox sahəsi olan böyük evdə yaşayır.
Onun bütün evlərində gizli otaqlar və gizli giriş-çıxış yolları var.
Avtomobil həvəskarı olan Ceki Çanın avtoparkında bir neçə prestijli avtomobil var.
“Bently”, “Lamborghini”, “Ferrari” şirkətlərinin bütün modellərini kolleksiya edib, “Mitsubişhi” və “Subaru”nun nadir nümunələri onun sevdiyi modellərdir .
“Lamborghini” Ceki Çan üçün eksklüziv avtomobillər də istehsal edib.
Ceki Çanın bir neçə şəxsi təyyarəsi var. O, “Embraer” şirkəti ilə əməkdaşlıq edir və aksiya sahibidir.
Təyyarə olar, yaxta olmazmı? Aktyor özünəməxsus 38 metrlik və 47 metrlik yaxtalarda istirahət etməyi sevir.
O, varidatının yarısının xeyriyyə məqsədi ilə istifadə olunmasını vəsiyyət edib.
Maraqlıdır ki, Ceki Çan öz doğma balalarına mülkündən heç nə verməyəcəyini də bildirib. Deyilənə görə, o möhtəşəm insan, dəhşətli atadır.
Ceki Çanın bir oğlu və bir qızı var. Oğlu narkotik istifadəçisidir və bir neçə dəfə həbsə düşüb. Qızı isə lezbiyan həyat tərzi sürdüyünü açıqlayıb.
Ceki Çan düşünür ki, insan özü zəhmət çəkməsə, əldə etdiyi heç bir nemətin qiymətini bilməz. Odur ki, uşaqlarına heç nə qoyub getmək niyyətində deyil.
_1690372110.webp)
_1690372130.webp)
_1690372188.webp)
Dünyanın ən böyük elektrikli gəmisi sınaqdan keçirilir
Oğrular evdə ilk yoxladıqları 13 yeri AÇIQLADILAR
Ayaqqabıdan gələn qoxudan 1 məhsulla qurtulun
Bakıda "Suzuki"ni "Galenvagen"ə yığıb satışa çıxardılar - VİDEO
Azərbaycanda “Tesla” avtomobili yoldakı heyvanları insan kimi qeydə aldı - VİDEO
Qəza törədib mübahisə edən sərxoş şəxslər avtomobili güllələyib qaçdı - VİDEO
Dünyanın 7 ən təhlükəli yolu: Sürücülər qorxurlar
Aşağı sürətin yaratdığı təhlükə - PARADOKS
Bu ölkədə bir maşına iki nömrə taxıb sürmək mümkündür - FAKT
Maşınlarda sükanın yanındakı “OFF” düyməsi hansı məqamlarda istifadə edilməlidir? - TÖVSİYƏ
Yeni tunel və genişləndirilən yollar Bakıdakı tıxacın qarşısını ala bilər? - ARAŞDIRMA








