Banner

Cəmi 6000 kilometr sürülmüş Çin maşınının altı çürüyüb; Avtomobil ustasından İDDİA - VİDEO

Maraqlı 9 Oktyabr 2025 15:30 Oxunub 942
Cəmi 6000 kilometr sürülmüş Çin maşınının altı çürüyüb; Avtomobil ustasından İDDİA - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sosial şəbəkələrdə avtomobil ustası tərəfindən təmir etdiyi maşınlardan birinə aid yayılan görüntülər müzakirələrə səbəb olub.

Avtosfer.az xəbər verir ki, usta cəmi 6000 kilometr məsafə qət etmiş “BYD” markalı avtomobilin artıq çürüdüyünü iddia edib. Onun paylaşdığı videoda maşının alt hissəsinin bir neçə yerində pas və çürümə izlərinin olduğu aydın görünür.

Usta bildirib ki, avtomobilin bu vəziyyətə qısa müddətdə düşməsi onu təəccübləndirib. Hadisə sosial şəbəkə istifadəçiləri arasında da müzakirələrə səbəb olub. Bir qrup şəxs bunu istehsal qüsuru kimi dəyərləndirsə də digərləri avtomobilin saxlanma şəraitinin buna təsir etdiyini qeyd edir.

Eltac Zülfüqaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh