Çin avtomobil sənayesi: Dünəndən bu günə - FOTO

Bu gün Çin avtomobillərinə dünyanın istənilən nöqtəsində rast gəlmək mümkündür. Çinin avtomobil sənayesi bu gün Avropa brendləri üçün ciddi rəqibdir. Bəs Çin buna necə nail olub? Axı, Almaniya, Fransa və İtaliyadan fərqli olaraq Çində avtomobil sənayesinin yüzillik ənənəsi yoxdur!
Avtosfer.az xəbər verir ki, 1949-cu ildə Çin Xalq Respublikasının sədri Mao Tsedun SSRİ-yə uzunmüddətli səfər edir. Səfər zamanı Çin lideri Stalinin qurduğu sovet ağır sənayesinə sözün həqiqi mənasında valeh olur. Maonu avtomobil sənayesi daha çox maraqlandırır və belə bir istehsalın Çində də olmasını istəyir.
Proses uzun çəkmir və 15 iyul 1953-cü ildə Çançun şəhərində ilk avtomobil zavodunun təməli qoyulur. FAW (First Automobile Works – 1 nömrəli Avtomobil Zavodu) ildə 30 000 avtomobil istehsalı üçün nəzərdə tutulmuşdu. Bu müddətə qədər minlərlə çinli gənc texniki təhsil almaq üçün sovet İttifaqının məktəblərinə, o cümlədən Azərbaycana göndərilmişdi.
FAW bütünlüklə sovet üslubunda tikilmişdi. Hətta giriş qapısı belə sovetin məşhur ZİL zavodunun girişini xatırladırdı. İlk model də ZİS-150-nin tam bənzəri olan Jiefang (Azadlıq) idi.
1959-cu ildə isə zavod ilk hökumət limunzini olan Hongqi (oxunuşu “Xuntsı”, tərcüməsi “Qırmızı Bayraq) modelini təqdim edir. Bu maşın təkmilləşmiş versiyada indi də istehsal edilir.
Bu gün FAW minik avtomobillərindən tutmuş ağırtonajlı maşınlaradək müxtəlif tipdə texnikalar təqdim edir. Xiali, Hongqi, Jiaxing və Besturn brendləri zavoda məxsusdur.
Müasir dövrdə Çİn düyanın bir nömrəli avtomobil istehsalçısına və istehlakçısına çevrilib. Çinlilərin nümunə götürdüyü ZİL zavodu isə artıq 10 ildən çoxdur mövcud deyil. Rusiyanın avtomobil sənayesi və bazarı isə 2 ildir bütünlüklə Çinin əlindədir. Bir sözlə, kimin əvvəli, kimin axırı.
Vüqar
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO















