Çində qeyri-adi formalı şüşə körpü - VİDEO - FOTO

Son illərdə Çində şüşə və metaldan hazırlanmış çoxlu piyada körpüləri salınır. Çünki ölkənin bəzi əyalətlərinin relyefi turistlərin sevinci (və qorxusu) üçün belə obyektlərin tikintisinə imkan verir. Onlardan bəziləri uzunluğu ilə, digərləri isə fantastik forması ilə fərqlənməyə çalışırlar. Ölkənin şərqindəki Zhejiang əyalətindəki Ruyi körpüsü ən son körpülərdən biridir.
Bir müddət əvvəl vilayətin dağ dərələrindən birinin üzərində uzunluğu yüz metrə yaxın olan bu körpü tikilib. Həddindən artıq mənzərəli olduğuna görə ərazi turistlər arasında çox populyardır. Xüsusən indi sərhədlər bağlı olduğu üçün çinlilər ölkə daxilində səyahətlərdə xüsusilə fəaldırlar. Ötən aylarda artıq 200 minə yaxın insan bu obyekti ziyarət edə bilib.
Körpü əslində bir quruluşda birləşdirilən üç ayrı strukturdur. Onların əyri forması yerli mədəniyyətdə uğurlar rəmzi olan ənənəvi Çin jade çubuqundan ilhamlanıb. Dərinliyi 140 metr olan dərənin üzərində yerləşən körpünün əhəmiyyətli hissəsi şüşədəndir ki, bu da onun keçidini xüsusilə yaddaqalan edir.
Nərminə Əli





Çin hökuməti “təkərli smartfon”lara qadağa qoyur
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA










