Çinin Pakistan dəmir yollarına artan marağı - FOTO

Maraqlı 27 İyun 2024 17:00 Oxunub 190
Çinin Pakistan dəmir yollarına artan marağı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Pakistanın dəmir yolu şəbəkəsi qonşusu Hindistanla eyni tarixə malikdir. Hər 2 ölkədə dəmir yolları 19-cu əsrdə - Britaniya müstəmləkəçiliyi dövründə tanış olub. Kəraçini ətraf ərazilərlə birləşdirən parovoz xətti 1861-ci ildə istismara verilib. 
Lakin Britaniya müstəmləkəçiləri Hindistandan çəkildikdən və Pakistan dövləti qurulduqdan sonra hər 2 ölkənin dəmir yolları ayrı cür inkişaf etməyə başladı. 

Pakistanın dəmir yolu şəbəkəsinin ümumi uzunluğu 7800 km-dir, yəni Hindistandan təxminən 8 dəfə azdır. Doğrudur, ölkə əhali sayı və ərazinin genişliyinə görə də Hindistana uduzur. Lakin məsələ təkcə ərazidə deyil. Əgər Hindistan ingilis müstəmləkəçilərdən təhvil aldığı dəmir yolunu son 70 ildə 20 min kilometrədək genişləndirmişdisə, Pakistan başqa yolla getdi. 
70-ci illərdə dəmir yolunu səmərəsiz hesab edən hökumət modernləşmə əvəzinə digər yolu seçdi. Ölkədə dəmir yol relsləri sökülərək yerinə avtomobil yolları salındı. Hökumət bu yolla bütün yükdaşımaları avtomobil nəqliyyatına transformasiya etmək istəyirdi. Lakin nəticə istənilən kimi olmadı. 
İlk aylarda işlər yaxşı getsə də, sonradan ağır nəticələr doğuran yol qəzalarının sayı artdı, yollar tez bir zamanda sıradan çıxdı. Məmurlar səhvlərini anlayanda artıq gec idi.
Hazırda Pakistandakı dəmir yollarının cəmi 300 kilometri elektrikləşib, maksimal sürət 120 km/saatdır. Ölkədə yük və sərnşin dövriyyəsinin 80%-i avtomobillərlə həyata keçirilir, dəmir yolunda texnologiya köhnədir, qəza və nasazlıq riski çox yüksəkdir.
Ötən əsrin 90-cı illərində Beynəlxalq Valyuta Fondu İslamabada dəmir yolu şəbəkəsini yeniləmək üçün borc təklif etdi. Lakin hökumər özəlləşdirmə təklifini qəbul etmədiyi üçün danışıqlar uğursuz başa çatdı.
İndi isə, Pakistanda dəmir yolu şəbəkəsinin qurulmasına Çİn hökuməti milyardlarla dollar sərmayə qoyur. Pekinin məqsədi bu yolla Ərəbistan dənizinə mümkün olan ən qısa çıxışı əldə etməkdir. Bu həm də “bir kəmər, bir yol” layihəsinin tərkib hissəsidir. Çinin layihəsi Pakistana da sərf edir, çünki Qərb maliyyə korporasiyalarından fərqli olaraq Pekin İslamabada qarşı heç bir siyasi tələb irəli sürmür. 
Pakistan son illərdə Orta Asiya ölkələri ilə də dəmir yolu əlaqələri qurmağa çalışır. Ölkənin bütün dəmir yolu daşımalarını “Pakistan Railways” şirkəti həyata keçirir.

Pakistan dəmir yollarındakı böyük qəzalar:
6 avqust 223-cü ildə ekspres qatarın relsdən çıxması 30 nəfərin ölümünə, 200 nəfərin xəsarət almasına səbəb olub.
7 iyun 2021-ci ildə 2 qatarın toqquşması 40 nəfərin ölümü, 50-dən çox sərnişinin xəsarət alması ilə nəticələnib.
18 noyabr 2015-ci ildə sərnişin qatarının relsdən çıxması nəticəsində 12 nəfər ölüb, 70 nəfər xəsarət alıb.
13 iyul 2005-ci ildə Qhotta şəhəri yaxınlığında baş verən qəzada 132 nəfər ölüb, yüzlərlə sərnişin xəsarət alıb. Qəzaya maşinistin svetoforun qadağanedici işığında hərəkəti davam etdirməsi olub. 
Ölkə tarixinin ən böyük dəmir yolu qəzası isə 4 yanvar 1990-cı ildə baş verib. Sukkur qəzası kimi tanınan hadisədə 1408 sərnişin daşıyan qatar əqrəbin səhv quraşdırılması nəticəsində ehtiyat yola yönəlib və burada gözləyən yük qatarına çırpılıb. 55 km/saat sürətlə toqquşma zamanı 3 vaqon tam yararsız hala düşüb, digərləri aşıb. Hadisə nəticəsində 307 nəfər ölüb, 700-dən sərnişin xəsarət alıb. 
İstintaq müəyyən edib ki, qəzaya görə stansiya əməkdaşları birbaşa məsuliyyət daşıyırlar.

Vüqar

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh