Çörəyin və kolbasaların GİZLİ TƏHLÜKƏLƏRİ
"Çörək və kolbasalarda çoxlu gizli duz var".
Bunu kardioloq Eteri Kolesnik deyib.
Həkimin sözlərinə görə, həddindən artıq duz istehlakı qan təzyiqini artırır və ürək-damar xəstəliklərinin inkişafına səbəb olur.
O xatırladıb ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, orta hesabla yetkin bir insan gündə 11 qram duz istehlak edir ki, bu da tövsiyə olunan miqdardan iki dəfə çoxdur. Eyni zamanda təxminən 100-də 4 ilə 5 və ya 0,5 qram duz təbii olaraq qida məhsullarında - təzə tərəvəz və meyvələrdə, ət, süd və mayalanmış süd məhsulları, yumurta, balıq, göbələklərdə olur.
İnsanın istehlak etdiyi duzun 80 faizi (7,6 qram) “gizli” duzdur ki, həkim onu da emal olunmuş qidalarda: çörək, peçenye, ət və ya balıq konservləri, tərəvəz preparatları, pendir kimi qidalarda olduğunu deyib. (Redaktor.az)