Çox aydın UNO görüntüsü ABŞ-da şok yaratdı - VİDEO

ABŞ-ın Ohayo ştatının Deyton şəhərinin səmasında uçan naməlum obyekt görünüb. Avtosfer.az xəbər verir ki, bu barədə lent.az foxtv-yə istinadən verdiyi məlumata görə, Deytonda yerləşən Rayt-Patterson aviabazasının yaxınlığında, səmada sabit halda dayanan UNO adi gözlə çox aydın şəkildə müşahidə edilib. Sonra obyekt buludların arasında gözdən itib.
Hadisə mayın 25-də baş verib. Deytonda öz evlərinin həyətində oturan ər-arvad günəşin batmağa başladığı an havanın qırmızı-narıncı rənglərə boyandığını görüb. Qadın dərhal öz smartfonunun kamerasını işə salaraq çəkiliş aparmağa başlayıb. O, obyektin çox qəribə şəkildə hərəkət etdiyini, sanki buludlarla birlikdə üzdüyünü söyləyib. Anlaşılmaz formada olan obyekt səssiz hərəkət edirmiş. Hadisəni başqa yerli sakinlər də müşahidə edib.
Qadın videonu yerli telekanala, saytlara və UNO mövzusunu araşdıran tədqiqatçı Tayler Qloknerə göndərib. “Videonu izləyərkən məndə belə fikir yarandı ki, daha əvvəl bunu görmüşəm. Mən gündə 280-ə yaxın məktub alıram, yadımdadır ki, təxminən bir ay əvvəl Deyton ətrafında yaşayan yerli sakindən 2 foto almışdım və həmin fotolarda bənzər obyekt təsvir olunmuşdu. Lakin video daha aydın və dəqiqdir. Şübhə yoxdur ki, bu, eyni obyektdir. Aydındır ki, bu obyekt ya başqa planetdən gələn gəmidir, yaxud da Rayt-Patterson bazasında məxfi texnologiyalar əsasında hazırlanan çox qəribə pilotsuz aparatdır ”, - deyə T. Qlokner söyləyib.
Qeyd edək ki, ABŞ-da mövcud olan “Zona 51” adlı hərbi baza haqqında çoxlu söz-söhbət yayılıb. Həmin bazada yadplanetlilərin olduğu və məxfi texnologiyaların işlənib hazırlandığı iddia edilir. Lakin Nevada ştatında yerləşdiyi bildirilən “Baza 51” barədə iddiaların Rayt-Patterson bazasından diqqəti yayındırmaq məqsədilə uydurulduğu deyilir. 1947-ci ildə Nyu-Meksiko ştatının Rozuell şəhəri yaxınlığında qəzaya uğramış naməlum obyektin qalıqları və ölən yadplanetlilərin cəsədlərinin məhz Rayt-Pattersondakı anqarda saxlanıldığı xəbər verilir. Güman ki, UNO-ların obyektə marağı da bununla əlaqədardır.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












