Banner

Dinozavrlardan sağ qurtularaq günümüzə qədər yaşamağı bacaran 8 canlı

Maraqlı 18 Yanvar 2025 20:33 Oxunub 166
Dinozavrlardan sağ qurtularaq günümüzə qədər yaşamağı bacaran 8 canlı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

246-66 milyon il əvvəl dinozavrların hökmranlığı dövründə bugünkü canlı heç bir növ mövcud olmasa da, əcdadlarına çox bənzəyən və günümüzə qədər gəlib çatan bəzi canlı qrupları var.

Avtosfer.az "Qaynarinfo"a istinadən xəbər verir ki, "canlı fosillər" adlanan bu orqanizmlər zamanın demək olar dayandığı canlılardır. Lakin bu o demək deyil ki, onlar zamanla dəyişməyiblər. Fərqli DNT-lərə malik olan bu canlılar təkamül prosesində bir çox çətinliklərə dözmüşlər.

Bu canlı fosillər bizə milyonlarla il əvvəl həyatın necə olduğuna dair mühüm ipucları verir. Onlar həmçinin bəzi orqanizm qruplarının digərlərini, məsələn, dinozavrları yoxa çıxaran tarixdən əvvəlki fəlakətlərə qarşı nə qədər davamlı olduğunu göstərir.

1. Timsah

Timsahlar dinozorlardan sağ çıxaraq günümüzə qədər gəlib çatan canlılardan biridir. Bu canlıların kökü təxminən 80 milyon il əvvələ, gec Təbaşir dövrünə gedib çıxır. O dövrdəki timsahların həyat tərzi bugünkülərə çox bənzəyir: çay kənarlarında ov gözləyir və günəş altında dincəliblər. 

Lakin ilk timsahların müxtəlif ölçülərdə və formalarda olduğu məlumdur. Məsələn, Litargosuchus kiçik ölçüsü ilə quruda ov edərkən, Sarcosuchus kimi növlər 12 metr uzunluğunda olub böyük dinozorları ovlayıb.

2. At nalı xərçəngi

At nalı xərçənginin kökü təxminən 445 milyon il əvvələ, gec Ordovik dövrünə qədər gedir. Bu canlıların müasir növləri, 250 milyon il əvvəl Trias dövründə yaranıb. 

At nalı xərçənginin bədən quruluşu milyonlarla il ərzində çox az dəyişib. Fosil nümunələri ilə müasir nümunələr demək olar ki, eynidir. Onların çətin ətraf mühit şəraitinə davamlı olması (məsələn, oksigen səviyyəsinin aşağı olduğu yerlərdə sağ qala bilməsi), milyonlarla il boyu yaşamalarının əsas səbəblərindən biridir.

3. Sidr ağacı eşşək arısı

165 milyon il əvvəl, orta Yura dövründə yaranan bu kiçik eşşək arısı növü (Syntexis libocedrii), müasir dövrə qədər yalnız yanmış ağaclarda yumurtlayan bir həyat tərzini qoruyub saxlayıb. Bu canlının həyat dövrü meşə yanğınları ilə birbaşa əlaqəlidir, bu da onu həm unikal, həm də qədim həyat tərzini qoruyub saxlayan bir növə çevirir.

4. Tuatara

Tuataralar Yeni Zelandiya sahillərində yaşayan və təxminən 200 milyon il əvvəl yaranmış qədim sürünənlərdən biridir. Görünüşcə kərtənkələlərə bənzəsələr də, genetik olaraq onlarla uzaqdan qohumdurlar. Tuataralar başlarında üçüncü göz (parietal göz) adlanan bir quruluşla diqqət çəkir, bu göz bədən temperaturunu və bioloji saatlarını tənzimləməyə kömək edir.

5. Ornitorenk

Avstraliyaya məxsus bu unikal məməli 170 milyon il əvvəl (orta Yura dövründə) yaranmış Monotrem adlanan qədim məməli qrupunun sağ qalan son nümayəndələrindəndir. Ornitorenk yumurta qoyur, dişləri yoxdur və gagasında elektroreseptorlar vasitəsilə ətrafdakı hərəkətləri hiss edir. Bu qədim xüsusiyyətləri ilə digər məməlilərdən çox fərqlənir.

6. Ağciyərli balıqlar

Ağciyərli balıqlar 410 milyon il əvvəl Devon dövründə ortaya çıxıb. Onlar həm sualtı nəfəs almağa, həm də havadan oksigen qəbul etməyə imkan verən unikal akciyərlərə malikdir. 

Müasir dövrdə Afrika, Cənubi Amerika və Avstraliyada cəmi altı növ ağciyərli balıq mövcuddur. Onlar, yerüstü həyatın başlanğıcında, canlıların suda quruya keçidini simvolizə edən vacib bir canlı növüdür.

7. Atquyruğu bitkisi

Atquyruğu bitkisi qədim flora dünyasının nümayəndəsidir və təxminən 380 milyon il əvvəldən bu günə qədər yaşamaqdadır. Bu bitkilər dinozorlara sığınacaq və qida mənbəyi olub. 

Hər yerdə asanlıqla yayılan atquyruğu bitkisi günümüzdə də xəstəliklərə və zərərvericilərə qarşı dayanıqlı qalmağı bacarır.

8. Kolekant

Kolekant balıqları bir vaxtlar dinozorlardan daha əvvəl, 409 milyon il əvvəl Devon dövründə meydana çıxmış və yox olduğu düşünülürdü. Lakin 1938-ci ildə Cənubi Afrikada yenidən aşkar ediliblər. 

Bu balıqların dərin sularda yaşaması onları kütləvi yoxoluşlardan qoruyub. Kolekantlar həm də təkamül prosesində yerüstü canlılara çevrilən canlılarla yaxın qohumluq əlaqələrinə malikdir.

Nəticə

Bu "canlı fosillər" qədim dövrlərdəki həyatın müasir izlərini saxlayır və bizə həm təkamül, həm də ekoloji davamlılıq haqqında dəyərli məlumatlar verir. Dinozorlardan sağ çıxan bu canlılar, milyon illər boyunca müxtəlif şəraitlərə uyğunlaşaraq, yer üzündəki həyatın möcüzələrini göstərir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh