“Divara yapışdırılmış banan” 1 milyon dollara satılacaq - FOTO

“Divara yapışdırılmış banan” əsəri yenidən satışa çıxarılır.
Avtosfer.az “Bizim.Media”ya istinadən xəbər verir ki, italyan rəssam Mauritsio Katelanın müzakirələrə səbəb olan əsərinin 1 milyon dollara satılacağı proqnozlaşdırılıb.
Rəssamın 2019-cu ildə ABŞ-ın Florida ştatının Mayami-Biçdə keçirilən “Art Basel” sərgisində “Comedian”adlandırılan skotçla divara yapışdırılmış banan incəsənət nümunəsi 120 min dollara satılıb. Əsər təqdim olunandan ətrafında gedən müzakirələr bitmirdi. ABŞ-da yaşayan gürcüstanlı sənətçi David Datuna əsəri divardan qopararaq yemişdi. Ondan heç bir şikayət olmasa da əsər divardan götürülmüşdü. David Datuna isə bunun vandalizm olmadığını, rəssamın anlayışını, konseptini yediyini qeyd edib.
Xatırladaq ki, Katelan daha əvvəl “qızıl unitaz” işini təqdim edib. Onun həmin əsəri də ekspozisiyadan oğurlanmışdı.

Qısa məsafələrdə bu mühərriklər daha çox xərc yaradır – ARAŞDIRMA
Yanacaq böhranına görə İsveçrədə sürət həddi aşağı salınır
Ən çox təyyarə istehsal edən ÖLKƏLƏR
Azərbaycanda bu sürücülərə avtomobil idarə etmək qadağan oluna bilər
Türkdilli ölkədə bütün rayonlar ləğv edilir
Yağışlı havalar sürücülərə hansı çətinlikləri yaradır? - SORĞU
Elektromobillər üçün enerji doldurma problemi necə həll oluna bilər? – TƏKLİF – VİDEO
Yeni təkərlərin üzərindəki sarı və qırmızı nöqtələr nə deməkdir? – ARAŞDIRMA
Trampın Netanyahuya dəstəyi seçkilərdə əks nəticə verə bilər – POLİTOLOQ
14 il sonra Serbiyada hakimiyyət dəyişdi: Tələbə hərəkatı dövləti necə idarə edəcək?
Bakının svetoforları kütləvi elektrik kəsintisinə hazırdırmı? - ARAŞDIRMA












