Dünya nəhəngləri süni intellektə yatırımları artırmaq üçün əməkdaşlığa başlayır – BƏYANNAMƏ İMZALANDI

Fransanın paytaxtı Parisdə keçirilən Beynəlxalq Süni İntellekt Fəaliyyət Sammitində 61 ölkə birgə bəyannamə imzalayıb.
Avtosfer.az xəbər verir ki, bəyannamədə süni intellektin təhlükəsizliyini və etibarlılığını təmin etmək üçün irəliləyişlərin əldə edilməsi vacibliyi vurğulanıb. Eyni zamanda, süni intellektin cəmiyyətlər üçün davamlı olması prioritet kimi göstərilib.
Fransa, Hindistan və Çin də daxil olmaqla bir çox ölkə süni intellektin "açıq, əhatəli və etik" olmasının önəmli olduğunu qeyd edərək bu istiqamətdə konsensus əldə ediblər.

Yelisey Sarayından verilən açıqlamada bildirilir ki, bu sammitdə süni intellekt və enerji məsələlərinin ilk dəfə çoxtərəfli şəkildə müzakirə edildiyi, biznes sektoruna olan təsirlərinin artan məlumatlılıqla diqqətə çatdırıldığı və bu sahənin gələcəyinə müsbət təsir edən texnologiyaların təşviq edilməsinin vacibliyi qeyd olunub.
Bəyannamədə süni intellektin idarə edilməsində koordinasiyanın gücləndirilməsi və bazarda inhisarlaşmanın qarşısının alınması məqsədilə tədbirlər görülməsinin zəruriliyi də vurğulanıb. Bu yanaşmalar texnologiyanın daha əlçatan olması və bütün cəmiyyətlərə fayda gətirməsi məqsədini daşıyır.
Eltac Zülfüqaroğlu
Oğrular evdə ilk yoxladıqları 13 yeri AÇIQLADILAR
Ayaqqabıdan gələn qoxudan 1 məhsulla qurtulun
Bakıda "Suzuki"ni "Galenvagen"ə yığıb satışa çıxardılar - VİDEO
Azərbaycanda “Tesla” avtomobili yoldakı heyvanları insan kimi qeydə aldı - VİDEO
Qəza törədib mübahisə edən sərxoş şəxslər avtomobili güllələyib qaçdı - VİDEO
Dünyanın 7 ən təhlükəli yolu: Sürücülər qorxurlar
Aşağı sürətin yaratdığı təhlükə - PARADOKS
Bu ölkədə bir maşına iki nömrə taxıb sürmək mümkündür - FAKT
Maşınlarda sükanın yanındakı “OFF” düyməsi hansı məqamlarda istifadə edilməlidir? - TÖVSİYƏ
Yeni tunel və genişləndirilən yollar Bakıdakı tıxacın qarşısını ala bilər? - ARAŞDIRMA
Dünyanın əsas elektromobil batareyası istehsalçıları











