“Dünya Su Günü”- Hansı ölkələrdə su qıtlığı yaşanır? - SİYAHI

Bu gün “Dünya Su Günü”dür. 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən martın 22-si “Ümumdünya Su Günü” elan edilib.
Hazırda dünya əhalisinin 40%-dən çoxu içməli su problemi ilə üz-üzədir. Artıq şirin su problemi qlobal məsələyə çevrilib. Dünya Təbii Sərvətlər İnstitutunun məlumatlarına görə, dünyanın 17 ölkəsində həddindən artıq su qıtlığı yaşanır. Bunlar Qətər, İsrail, Livan, İran, İordaniya, Liviya, Küveyt, Səudiyyə Ərəbistanı, Eritreya, Birləşmiş Ərəb Əmirlikləri, San Marino, Bəhreyn, Hindistan, Pakistan, Türkmənistan, Oman və Botsvanadır.
Araşdırmalar göstərir ki, bu ölkələrdə təmiz içməli suyun 80 faizi kənd təsərrüfatı, sənaye və şəhər bələdiyyələri tərəfindən istifadə olunur.
Su problemi daha çox Yaxın Şərq və Şimali Afrika ölkələrində özünün göstərir.
Avropada ən çox su çatışmazlığı olan ölkələr müvafiq olaraq San Marino, Belçika, Yunanıstan, İspaniya, Albaniya, Portuqaliya və İtaliyadır. Qeyd edək ki, Azərbaycan əhalinin sayına və əraziyə nisbətdə su ehtiyatlarının az olduğu ölkələrdəndir.
Azərbaycan Respublikası ərazisinin 60%-dən çoxu arid və semiarid landşaftlardır. Bu ərazilərdə insanların həyat fəaliyyəti bilavasitə şirin su ehtiyatları ilə təminatla bağlıdır.
Hazırda ölkənin yerüstü su ehtiyatları 27 kubkilometr təşkil edir, quraq illərdə isə bu ehtiyat 20-21 kubkilometrə qədər azalır. Yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və buzlaqlar təşkil edir. Ölkəmizin şirin su ehtiyatlarının 70-72 faizi ölkə hüdudlarından kənarda formalaşır.
Azərbaycanın su mənbələrinin təxminən 70 faizinin ölkə sərhədlərindən kənarda formalaşır. Azərbaycanda yerli axım ilə Respublika ərazisinin təmin olunması 90-122 min m3/il təşkil edir. Xarici ölkələrdən daxil olan axımı nəzərə alaraq Respublikanin bütövlükdə su ilə təmin olunması 324-350 min m3/il təşkil edir.
Evdəki şkafın altında gizli keçid tapıldı; metro relslərinə çıxışı var - VİDEO
Çin maşının loqosunu silib başqa ad yazdılar; İFŞA OLUNDU - VİDEO
Bu taksi sürücüsünə dərdini danışmaq ödənişlidir; məsləhət almaq üçün 26 AZN ödəməlisən - FOTO
Dünyanın ən böyük elektrikli gəmisi sınaqdan keçirilir
Oğrular evdə ilk yoxladıqları 13 yeri AÇIQLADILAR
Ayaqqabıdan gələn qoxudan 1 məhsulla qurtulun
Bakıda "Suzuki"ni "Galenvagen"ə yığıb satışa çıxardılar - VİDEO
Azərbaycanda “Tesla” avtomobili yoldakı heyvanları insan kimi qeydə aldı - VİDEO
Qəza törədib mübahisə edən sərxoş şəxslər avtomobili güllələyib qaçdı - VİDEO
Dünyanın 7 ən təhlükəli yolu: Sürücülər qorxurlar
Aşağı sürətin yaratdığı təhlükə - PARADOKS








