Dünyada həşəratlar yox olur: Böyük fəlakət olacaq

Həşəratların yox olması dünya miqyaslı fenomen bir hadisədir. Əgər bunu durdurmaq mümkün olmasa, nəticələr sadəcə fəlakət olacaq.
Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, İsveçrə mediasında yayımlanan yazıda avstraliyalı ekoloq, Sidney Universitetinin professoru Fransisko Sançez-Bayonun rəhbərliyi altındakı alimlər qrupunun həşəratların sayının öyrənilməsinə həsr olunan 73 müxtəlif təhqiqatı incələyərək olduqca qorxulu nəticəyə gəldikləri göstərilib.
Onların rəyinə görə, hazırda həşəratların bütün növlərinin sayında azalma baş verir. Özü də bu proses elə sürətlə gedir ki, ildə onların biokütləsi 2,5% azalır. Əgər proses bu templə davam etsə, 100 ildən sonra Yer üzündə bir dənə həşərat qalmayacaq.
Ekspertlərin fikrincə, xüsusilə pulcuqlu qanadlılar və ya kəpənəklərin, habelə peyin böcəklərinin, o cümlədən, arı, eşşək arısı kimi zərqanadlıların və qarışqaların sayı kəskin şəkildə minimal səviyyəyə enir.
Mütəxəssilərin rəyinə əsasən, həşəratlaırn qlobal şəkildə məhv olmasının əsas səbəbi ətraf mühit, xüsusilə kənd təsərrüfatı sahəsində intensivliyin artması (burada bitkilərə verilən zəhərlərin də rolu az deyil), şəhərsalma və yol tikintisinin aparılmasıdır.
Sənayedə və kənd təsərrüftatında istifadə olunan maddələr, məsələn, neonikotinlər həşəratların sinir sisteminə öldürücü təsir göstərir, bunun sayəsində isə təkcə ziyanvericilər deyil, başqa həşəratlar da ölürlər.
Bundan başqa, “varroa” tipli gənə-parazitlərin bal arılarının yuvalarına “dadanması” onların kütləvi surətdə məhvinə gətirib çıxarıb.
Alimlər 4-cü səbəb kimi iqlim dəyişikliyini göstərir. Havalaırn istiləşməsi onsuz da hərarətli və tropik bölləgələrdə güc-bəla ilə yaşayan həşəratlara ciddi ziyan vurur.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












