Dünyanı bürüyən “Pokemon GO” dalğası - FOTOLAR

Maraqlı 15 İyul 2016 15:41 Oxunub 3676
Dünyanı bürüyən “Pokemon GO” dalğası - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Oyuna başı qarışdı, cəsəd tapdı

Uşaqlığı 1990-2000-ci illərə təsadüf edənlər “Pokemon” cizgi filmini yaxşı xatırlayır. Həmin zamanlarda dünyada məşhurlaşan ekran əsəri artıq “Pokemon GO” oyunu olaraq yenidən gündəmə gəlib. “Qafqazinfo” ilk gündən dünyanın marağına səbəb olan “Pokemon GO”oyunu barədə maraqlı məqamları təqdim edir:

Oyunun müəllifi məşhur Super Mario oyununu yaratmış “Nintendo” şirkətidir. Qısa müddət ərzində oyunun populyarlığı tinder, instaqram, vatsap, tvitter və feysbuk kimi böyük platformaları geridə qoya bilib. 5 iyul tarixində təqdim olunan oyun 10 gün ərzində “Nintendo”ya 15 milyard dollara yaxın pul qazandırıb.

Hazırda oyun rəsmi şəkildə sadəcə Yeni Zelandiya, Avstraliya və ABŞ-da yüklənilir, digər ölkələr üçün “Google Play” və “AppStore”da yer almayıb. Oyun hələ ki, test müddətindədir. Əsas işlər tamamlandıqdan sonra bütün ölkələrin xidmətinə veriləcək.

Bəs oyunun bu qədər məşhurlaşmasında əsas səbəb nədir?

“Pokemon GO”nun günlük aktiv istifadəçilərinin sayı artıq tvitterə yaxınlaşır. Virtual və real aləmin birlikdə olması sosial şəbəkə istifadəçilərini evdən küçələrə çıxarıb. Belə ki, pokemon oyunu ağıllı telefonun kamerasını və GPS funksiyaları istifadə edərək real həyatla əlaqəli bir şəkildə oynanılır. Xəritə sistemini istifadə edən “Pokemon GO” oyununda məsələn, su pokemonlarını tutmaq üçün dəniz, göl və ya çaya yaxın olmaq lazımdır. Oyunçular ətrafı gəzməklə fərqli pokemon növləri kəşf edə bilər. Bir sözlə, bu oyun oturaq şəraitdə oynanılmır, mütləq ətrafı gəzib pokemonları tapmalısınız. Bəzən oyunçular pokeman yaxalamaq üçün kilometrlərlə yol getmək məcburiyyətində qalır. Bunun da müsbət tərəfləri ilə yanaşı mənfi nüansları da var.

Oyun başlayan zaman istifadəçiləri ehtiyatlı olmağa çağırsa da, oyuna həddindən çox aludə olanlar var.

ABŞ-da “Pokemon GO” oynayan bir qız çay kənarında pokemon axtaran zaman cəsəd tapıb.

Telefonuna həddindən çox aludə olduğu üçün 23 yaşlı bir istifadəçi isə yıxılaraq ayağını əzib.

Oyun zaman yıxılan şəxs isə utandığından itini gəzdirən zaman yıxıldığını bildirib.

Türkiyədə “Pokemon GO” oynayan bir nəfər həbs olunub. Hadisəni isə belə izah edib:

“Nişantaşında bir dostumla görüşmüşdüm, dedi ki, pokemon ovuna çıxaq. Bir mühəndis, bir müəllim. Düşdük yollara. Bir də baxdıq ki, pokestop yetkinlik yaşına çatmayanlarla iş şöbəsini göstərir. Kameranı açıb pokemon tutmağa başladım. Bir də gördüm ki, polis qoluma girib aparır. Bölmədə pis niyyətim olmadığını şəkil çəkmədiyimi uzun uzadı başa saldıqdan sonra buraxıldım”.

Bütün bunlardan başqa, Mosulda İŞİD-lə mübarizə aparan bir amerikan əsgərin cəbhədə pokemon tutması ilə bağlı paylaşdığı foto sosial şəbəkələrdə geniş müzakirə olunub. Əsgər sosial şəbəkədə “İŞİD gəl mənə pokemon döyüşündə meydan oxu” deyə bildirib.

Bir çox marka və şirkətlər artıq reklam afişalarını da “Pokemon Go” oyunu konseptində hazırlamağa başlayıb. Hətta Eskişehir bələdiyyəsi pokemon axtaran zaman yolu düşənlərə pulsuz çay və su verəcəyini bildirib.
Türkiyə 4 gün ərzində Pokemon Go oyununu ən çox yükləyən 5-ci ölkədir.

Siyahı belədir:

1. ABŞ - 10,8%
2. Braziliya – 8,2%
3. Hindistan – 6,5%
4. İtaliya – 4,2%
5. Türkiyə - 4%

Oyun rəsmi olaraq Şərq və Avropa ölkələrində çıxan zaman rəqəmlərin qat-qat artacağı gözlənilir. Yeni istifadəyə verilməsinə baxmayaraq artıq bir neçə yerdə bu oyunu oynamaq qadağan olunub. Almanların İkinci Dünya Müharibəsində yaratdığı Auschwitz muzeyində oyuna icazə verilməyəcəyi açıqlanıb. Muzey rəsmiləri burada oyun oynamağın kamp qurbanlarının ruhuna hörmətsizlik olduğunu bildirib. Bundan başqa, Türkiyədə də məscidlərdə pokemon toplamağın qadağan olunması ilə bağlı fikirlər səsləndirilir. Ancaq bu oyunun gəncləri məscidə, namaza çəkdiyini iddia edənlər də az deyil.

Oyunu yükləmək nə dərəcədə təhlükəlidir?

 

Oyunun yaradıcısı Niantic Labs bu günə qədər oyunçuların fərdi məlumatlarına müdaxilə edilmədiyini, istifadəçilərin sadəcə "Google" profil məlumatlarının götürüldüyünü bildirib. Yaxın zamanda problemin həlli üçün Niantic Labs -in bu məlumatlara əlçatımlığı "Google" tərəfindən məhdudlaşırılacaq. Azərbaycan daxil olmaqla bir çox ölkələrdə qanunsuz yollarla yüklənən oyunun androidlər üçün təhlükəli olduğu söylənilir. Bu zaman ən yaxşı yol rəsmi icazə verilən 3 ölkənin birində hesab açmaqdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh