Dünyanın ən bahalı metro stansiyası açıldı - Nyu-Yorkda - FOTO

Nyu-Yorkda aşağı Manhetten rayonunda dünyanın ən bahalı metro stansiyası açılıb. Avtosfer.az tass-a istinadən xəbər verir ki, stansiya Ümumdünya Ticarət Mərkəzinin yanında yerləşir. Onun tikintisi planlaşdırıldığı kimi 5 yox, 12 il davam edib.
Metro stansiyasının tikintisi üçün 4 milyard dollar xərclənib. Bu isə ilkin olaraq tikinti üçün nəzərdə tutulmuş məbləğdən təxminən 2 dəfə artıqdır. "Forbes" jurnalının məlumatına görə, bu, dünyada analoji tikililər üçün rekord məbləğdir.
Şüşə və betondan hazırlanmış monumental konstruksiyanın memarı ispan rəssam-futurist Santyaqo Kalatravadır. Onun ideyasına görə, yeni tranzit qovşağı üzərindəki binanın damı nəhəng ağ quş qanadlarını xatırlatmalıdır.
Yeni nəqliyyat qovşağı metropolitenin 11 xəttini, şəhərətrafı qatar stansiyası ilə Betteri park bərə keçidini birləşdirir. Onun gün ərzində təxminən 250 min sərnişinə xidmət göstərəcəyi ehtimal edilir.



3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












