Dünyanın ən dəyərli pul vahidləri açıqlandı - SİYAHI

2025-ci il üçün dünyanın ən dəyərli valyutaları müəyyən edilib. Wise adlı maliyyə texnologiyaları şirkətinin araşdırmasına əsasən, ABŞ dolları ilk onluğa düşməkdə çətinlik çəkib. Valyutaların dəyəri əsasən iqtisadi sabitlik, inflyasiya səviyyəsi, faiz siyasətləri və təbii sərvətlərin bolluğu kimi amillərlə müəyyən edilir.
Avtosfer.az "Yenisabah"a istinadən xəbər verir ki, dünyanın ən güclü valyutaları açıqlanıb və siyahıda əsasən neftlə zəngin ölkələrin pulları üstünlük təşkil edir. Lakin bəzi gözlənilməz valyutalar da ilk onluğa daxil olub.
2025-ci ilin ən dəyərli 10 valyutası:
10. ABŞ Dolları (USD) – Beynəlxalq ticarətdə ən çox istifadə olunan pul vahidi olsa da, siyahının sonunda yer alıb.
9. Avro (EUR) – Avropa İttifaqının ortaq valyutası güclü iqtisadiyyata malik olsa da, gözləniləndən aşağı pillədədir.
8. İsveçrə Frankı (CHF) – Sabit iqtisadiyyat və aşağı inflyasiya dərəcəsi ilə investorların etibarlı seçimlərindən biri olub.
7. Kayman Adaları Dolları (KYD) – Dünyanın maliyyə mərkəzlərindən biri olan Kayman Adalarının valyutası siyahıda yer alıb.
6. Cəbəllütariq Funtu (GIP) – İngiltərə funtuna bağlı olan bu valyuta dəyərini qorumağa davam edir.
5. İngiltərə Funtu (GBP) – Brexit sonrası qeyri-sabitliyə baxmayaraq, dünyanın ən dəyərli beşinci valyutasıdır.
4. İordaniya Dinarı (JOD) – Sərt pul siyasəti və yüksək valyuta ehtiyatları sayəsində dəyərini qoruyub saxlayıb.
3. Oman Rialı (OMR) – Neft ixracına əsaslanan güclü iqtisadiyyatı ilə seçilir.
2. Bəhreyn Dinarı (BHD) – Həm neft gəlirləri, həm də ölkənin maliyyə mərkəzi olması ona yüksək dəyər qazandırıb.
1. Küveyt Dinarı (KWD) – Dünyanın ən dəyərli valyutası statusunu qoruyub saxlayır. Küveytin nəhəng neft ehtiyatları və güclü iqtisadiyyatı bu valyutanın yüksək dəyərini təmin edir.
Bu ölkədə vəsiqəsiz sürücülərin avtomobili istisnasız müsadirə edilir
ABŞ elektromobil şirkətində qapı tutacaqlarının dəyişdirilməsi Konqresdə müzakirəyə çıxarıldı - FOTO
Dünyanın ən böyük rolkeri suya salındı – 10800 avtomobil tutur
Narkoman sürücülərlə mübarizədə Belçika təcrübəsi: HƏBS, CƏRİMƏ
Elektrikli avtomobilləri 13 il işlətdikdən sonra batareya tutumu 20-25% azalır - ARAŞDIRMA
Dünyanın ən gözəl stüardessaları - SİYAHI - FOTOLAR
120 il əvvəl sürücülər qışda belə geyinirdilər - FOTO
Elektromobillərin batareyasını dəyişdirmək xərci avtomobilin ikinci əl qiyməti ilə eynidir - ARAŞDIRMA
Dəmir yollarında keçən ömür - VİDEO
Yanacaqdoldurma məntəqəsində unudulan pişik evə qayıtmaq üçün 250 kilometr qət etdi
Tbilisi aeroportu tarixə qovuşur











