Dünyanın ən nüfuzlu şəxslərinin - Siyahısı

Dünyanın ən hörmətli şəxslərinin adları açıqlanıb. Avtosfer.az-ın virtualaz.org-a istinadən məlumatına görə, siyahı "YouGov" sosioloji xidməti tərəfindən hər il aparılan sorğu nəticəsində hazırlanıb. Siyahıya artıq 3-cü dəfədir ki, "Microsoft" şirkətinin yaradıcısı Bill Qeyts rəhbərlik edir. O , dünyanın ən hörmətli şəxsi hesab olunur. Reytinqdə ikinci yer ABŞ prezidenti Barak Obamaya məxsusdur. Üçüncü yerin sahibi isə Çin Xalq Respublikasının sədri Si Tsinpindir.
Dünyanın ən hörmətli şəxsləri siyahısında Rusiya prezidenti Vladimir Putin ilk onluğa daxil olub və 6-cı yerdə qərarlaşıb. Rusiya prezidenti siyahıda Tibet xalqının dini lideri Dalay-lamanı, Hindistanın baş naziri Narendra Modini , "Facebook" sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberqi, çinli iş adamı Cek Manı və keçmiş futbolçu Devid Bekxemi geridə qoyaraq önə keçib.
Xatırladaq ki, Putin ötən il siyahıda 11-ci yerdə qərarlaşmışdı.
Dünyanın ən hörmətli qadını isə dünya şöhrətli aktrisa Ancelina Coli seçilib. Reytinqdə ikinci yerə Böyük Britaniya Kraliçası II Yelizaveta, üçüncü yerə isə ABŞ prezidentliyinə namizəd Hillari Klinton layiq görülüb.
Sorğu dünyanın 30 ölkəsində aparılıb. Sorğuda iştirak edənlər iki suala cavab verməli olublar. Birinci sual-"Siz kimə heyransınız?", ikinci sual isə "Ən çox kimə heyransınız? olub. Birinci suala bir neçə cavab verməyə icazə verilsə də, ikinci sualda yalnız bir şəxsin adını çəkmək təlıb olunub.
“Apple CarPlay” və “Android Auto” niyə avtomobillərdən çıxarılır? – Səbəbi AÇIQLANDI
“Lexus” sürəndə hörmət qoyanlar “Changan”da adamı bezdirirlər – Nazilə Səfərli - VİDEO
Daha bir marka tarixə qovuşa bilər
“Rettungsgasse” bizdə də ola bilərmi? - VİDEO
ABŞ-də bu avtomobillər 85 qəpikdən hərraca çıxarıldı – MARAQLI
Yollarda səs-küyün qarşısını belə almaq olar – TƏKLİF
Avtomatik maşınlarda bu düymənin nə işə yaradığını bilirsiniz? – ARAŞDIRMA
“Eşref Tek”in maşını Bakıya gətirildi: İstəyən şəkil çəkdirə bilər – VİDEO
Bu küçə piyadalaşdırılacaq: Evlərin qiyməti yüksələ bilər – EKSPERT – VİDEO
Gədəbəydə maraqlı toy karvanı - VİDEO
Bakıda retro maşınlarından ibarət toy korteji - VİDEO











