Dünyanın ən rahat üzən evi səfərə çıxıb - FOTO

Dünyanın ən böyük yaxtası sayılan "The World" Londonda, Temza çayındadır. İnşası 2002-ci ildə başa çatmış 16 göyərtəli, "yaxta" adlanan, amma, əslində, 196 metr uzunluğunda gəmi olan "The World"da 165 superlüks kayut var.
Avtosfer.az xəbər verir ki, bu barədə milli.az daily mail-ə istinadən bildirir ki, sərnişinlərinə fasiləsiz kruiz təklif edən gəmidəki kayutların hər biri, əslində, mənzildir. Həmin mənzillərin qiymətləri isə 1-12 milyon dollar arasındadır. Gəmidə mənzil alan şəxs burada qeydiyyata düşür, vergi ödəmir və ilboyu kruizdə olmaq imkanı qazanır.
Gəmidəki kayut-mənzillər dünyanın müxtəlif ölkələrindən 130 ailəyə məxsusdur. Ekspertlərin dediklərinə görə, "The World"da kayut satın alanlar burada qeydiyyata alındıqları üçün yaşadıqları ölkələrdə gəlir və əmlak vergilərindən yayınmaq imkanları əldə edirlər.
Superlüks yaxtada böyük lobbi, dükanlar, butiklər, salonlar, fitnes-mərkəzlər, bilyard zalları və qolf-simulyator var.
"The World" Londonu tərk edəndən sonra Fransadakı Bel il an Mer limanına yollanacaq, daha sonra İspaniya, Aralıq dənizi və Yaxın Şərqdə olacaq.







3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












