Dünyanın ən varlı insanları pullarını hara XƏRCLƏYİR?

Sadə insanlar dünyanın ən zəngin şəxslərinin həyatını heyranlıqla izləyirlər. Onların gündəlik həyatları, qazandıqları milyonlar hər kəsin marağındadır.
Lent.az dünyanın ən varlı insanların pullarını necə xərclədiklərini təqdim edir:
Ceff Bezos
211 milyard dollarlıq sərvəti ilə tarixin ən zəngin insanı olan 57 yaşlı amerikalı iş adamı Ceff Bezos səhər yeməyi üçün qızardılmış ahtapot sifariş verir.
Bil Qeyts

65 yaşlı Bill Qeyts 128 milyard dollarlıq sərvəti ilə 1994-cü ildə auksiondan Leonardo Da Vinçinin 16-cı əsrə aid əlyazmasına 30 milyon dollar xərcləyib. “Microsoft” şirkətinin qurucusu 2100 kvadratmetr kitabxanaya sahibdir.
Bernard Arnault

Fransalı iş adamı Bernard Arnault super yaxtaya 150 milyon dollar xərcləyib. Yaxtada şüşə hovuz, açıq hava kinoteatrı və günəş cakkuzisi var.
Mark Zukerberq

127 milyard dollarlıq sərvətə sahib olan “Facebook” yaradıcısı 12 min dollarlıq elektrik sörfünə sahibdir. Bundan əlavə, Mark Zukerberqin maraqlı dəniz nəqliyyat vasitələrinə milyonlar xərclədiyi sirr deyil. Həmçinin evində musiqi çalan, tost hazırlayan xüsusi robot da var.
İlon Mask

İlon Mask antik və sürətli avtomobillər sevdiyi heç kimə sirr deyil. 1920-ci ilə aid “Ford Model T”, 1967 “Jaguar E-Type Roadster” və 1977-ci ildə istehsal olunan James Bond filmində istifadə olunan, dəyəri 1 milyon dollar olan “Lotus Esprit” adlı avtombilə sahibdir. Bundan əlavə onun qırıcı təyyarəsi də var.
Elektrikomobillərin batareya dözümlülüyü yoxlanan 8 min testin nəticələri AÇIQLANDI - FOTO
Yasamalda vətəndaşlara kofe, şirniyyat və pul paylayan şəxs GÜNDƏM OLDU - VİDEO
Metro stansiyaların adlarının əvvəllər nə olduğunu bilirdiz? - FOTO
Bu avtomobillərin sensorları oğurluq üçün əlverişlidir – ARAŞDIRMA - FOTO
Evdəki şkafın altında gizli keçid tapıldı; metro relslərinə çıxışı var - VİDEO
Çin maşının loqosunu silib başqa ad yazdılar; İFŞA OLUNDU - VİDEO
Bu taksi sürücüsünə dərdini danışmaq ödənişlidir; məsləhət almaq üçün 26 AZN ödəməlisən - FOTO
Dünyanın ən böyük elektrikli gəmisi sınaqdan keçirilir
Oğrular evdə ilk yoxladıqları 13 yeri AÇIQLADILAR
Ayaqqabıdan gələn qoxudan 1 məhsulla qurtulun
Bakıda "Suzuki"ni "Galenvagen"ə yığıb satışa çıxardılar - VİDEO










