Əcnəbilər Azərbaycanda ən çox hansı xidmətlərdən narazıdır? - SİYAHI

Maraqlı 30 Oktyabr 2024 14:59 Oxunub 224
Əcnəbilər Azərbaycanda ən çox hansı xidmətlərdən narazıdır? - SİYAHI
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana səfər etmiş əcnəbilərin 167,4 min nəfəri gsötərilmiş xidmətlərdən narazı qalıb.

Avtosfer.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən onların 36,5 min nəfəri avtobusla sərnişindaşıma xidmətlərində gileylənib. 32,6 min nəfəri isə restoran və kafelərdəki xidmətlərdən narazı olub.

Taksi xidmətlərini 21,8 min nəfər bəyənməyib. 

Metro nəqliyyatından narazı olanların sayı isə 10,5 min nəfər təşkil edib.

Yerləşmə xidmətlərindən narazı olanlar isə 15,1 min nəfər olub.

6,5 min nəfər turagentlərin (turoperatorların) xidmətlərini, 18,8 min nəfər bələdçi xidmətlərini, 25,6 min nəfər isə digər xidmətləri qənaətbəxş saymayıb.

Təkcə sentyabr ayında xidmətlərdən narazı qalanların sayı 19,6 min nəfər olub ki, onun da 4,1 min nəfərini avtobusla sərnişin daşıma, 1,2 min nəfərini metro nəqliyyatını, 2,5 min nəfərini taksi, 1,8 min nəfər yerləşmə xidmətləri, 4,1 min nəfərini ictimai iaşə,  888 nəfərini  turagent xidmətləri, 2,1 min nəfərini bələdçi, 3 min nəfərini isə digər xidmətləri qənaətbəxş hesab etməyənlərdir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh