Əcnəbilərin işləmək və yaşamaq üçün ən sevdikləri şəhərlər - SİYAHI

Əcnəbi mütəxəssislər yaşamaq və işləmək üçün Valensiya (İspaniya), Dubay (BƏƏ) və Mexiko Sitini (Meksika) ən yaxşı şəhərlər hesab edirlər.
Avtosfer.az xəbər verir ki, “InterNations” analitikləri bu qənaətə gəliblər. Onlar dünyanın 50 şəhərində yaşayan 11,9 min əcnəbi ilə müsahibə aparıblar.
Ekspertlərin araşdırmalarına görə, ən yaxşı şəhərlər siyahısına başçılıq edən Valensiya yüksək həyat keyfiyyətinə malikdir və yaxşı inkişaf etmiş ictimai nəqliyyat şəbəkəsi var.
Dubay yeni gələnlər üçün qonaqpərvər münasibətə görə sevilir, bundan başqa, biznes və istirahət üçün əla şəhər hesab olunur.
İlk üçlüyü bağlayan Mexiko şəhəri mehriban sakinlərinə və yaşamaq üçün əlverişli olmasına görə bəyənilir, bununla belə, onun təhlükəsiz olmadığı da vurğulanıb.
Bundan əlavə, Lissabon, Madrid, Banqkok, Bazel, Melburn, Əbu-Dabi və Sinqapur da ilk onluqda yer alıb.
Siyahının sonuncu yerində isə Yohannesburq (Cənubi Afrika) olub - sorğuda iştirak edən əcnəbilər onun əlçatmazlığını və etibarsızlığını qeyd ediblər. Bundan əlavə, Frankfurt (Almaniya) və Fransanın paytaxtı Paris bahalı mənzillərə görə siyahının ən sonundadır. İstanbul (Türkiyə), Honkonq (Çin), Hamburq (Almaniya), Milan (İtaliya), Vankuver (Kanada), Tokio (Yaponiya), Roma (İtaliya) da siyahıda son sıraları tutub.
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA
Yaşıl enerjiyə keçid iqlim dəyişikliklərinə necə təsir edəcək? – Ekoloq AÇIQLADI










