Ekspertdən TƏKLİF: “ƏDV-dən daxil olan vəsaiti ehtiyacı olan təbəqəyə yönəltməliyik”

“Biz ƏDV-nin ləğv olunmasının deyil, ƏDV-dən daxil olan vəsaitin yarısının sosial baxımdan həssas qruplar, minimum əməkhaqqı alan insanlar üçün xərclənməsinin tərəfdarı olmalıyıq. Bunun istifadəsi üçün hansısa formada dəstək mexanizmi hazırlanmalıdır”.
Bu sözləri son günlər müzakirə olunan “Ərzaq məhsullarının bahalaşmasını önləmək və qiymətləri azaltmaq üçün ƏDV ləğv olunmalıdır” fikrinə münasibət bildirən iqtisadçı-ekspert Eldəniz Əmirov Oxu.Az-a açıqlamasında deyib. O bildirib ki, ƏDV-nin ləğvi məsələsini daha dərindən düşünmək lazımdır:
“Yəni mən nə tam ləğv olunmasının, nə də ləğv olunmamasının tərəfdarıyam. Çünki A vətəndaş ərzaq məhsullarına bir ayda min manat, B vətəndaş isə 200 manat xərcləyir. A varlı, B isə kasıbdır. Ona görə də ƏDV-nin ləğvindən varlı insanlar daha çox fayda götürəcək. 1000 manat xərcləyən şəxs ƏDV-nin ləğvindən 180 manat, 200 manat xərcləyən isə 36 manat irəli düşür. Bu baxımdan daha yaxşı olardı ki, mənim dediyim üsul tətbiq olunsun. Əgər 11 manat 80 qəpiklik duru yağın ƏDV-si ləğv olunaraq satışa qoyulsa, o, maksimum bir həftə 10 manata satılacaq, daha sonra yenə əvvəlki qiymətinə qaldırılacaq. Ona görə də ƏDV-ni ləğv etmək yerinə, ehtiyacı olan şəxslərə ƏDV-dən daxil olan vəsaitlərin 50 faizini yönəltməliyik”.
Ekspert hesab edir ki, bilavasitə dövlət büdcəsinə daxil edilməyəcək vəsaitin yarısını ehtiyacı olan təbəqə üçün xərcləmək daha məntiqlidir:
“Əvvəldə də dediyim kimi, əgər ƏDV ləğv olsa, qısa müddət sonra məhsul əvvəlki qiymətinə qaldırılacaq, adı da olacaq ƏDV-siz. Bir il sonra yenidən ƏDV tətbiq etmək istəyəndə qiymətdə daha yuxarı səviyyədə formalaşacaq”.
Dünyanın ilk qızılla örtülmüş küçəsi yaradılır - FOTOLAR
Yeni kəşflə avtomobillərin proqram təminatını qarajda güncəlləmək mümkün olacaq - ARAŞDIRMA
Bu ölkədə vəsiqəsiz sürücülərin avtomobili istisnasız müsadirə edilir
ABŞ elektromobil şirkətində qapı tutacaqlarının dəyişdirilməsi Konqresdə müzakirəyə çıxarıldı - FOTO
Dünyanın ən böyük rolkeri suya salındı – 10800 avtomobil tutur
Narkoman sürücülərlə mübarizədə Belçika təcrübəsi: HƏBS, CƏRİMƏ
Elektrikli avtomobilləri 13 il işlətdikdən sonra batareya tutumu 20-25% azalır - ARAŞDIRMA
Dünyanın ən gözəl stüardessaları - SİYAHI - FOTOLAR
120 il əvvəl sürücülər qışda belə geyinirdilər - FOTO
Elektromobillərin batareyasını dəyişdirmək xərci avtomobilin ikinci əl qiyməti ilə eynidir - ARAŞDIRMA
Dəmir yollarında keçən ömür - VİDEO











