Elektrik motosikletində sürət rekordu: 466 km/saat - VİDEO

Fransanın “Voxan” şirkətinin layihələndirdiyi “Wattman” model motosikılet öz rekordunu yeniləyib. Avtosfer.az-ın “frandroid.com”a istinadla xəbərinə görə bir müddət əvvəl motosiklet 407 km/saat sürətə çatmağa nail olmuşdu. Budəfəki sınaqda isə növbəti rekord qeydə alınıb: 466 km/saat. Bəs buna necə nail olunub?
Litium batareyalı motosikletin mühərriki 425 at gücü hasil edir ki, bu da müasir lüks sedanlardakından daha yüksəkdir. Bundan əlavə, texnikanın aerodinamikası mükəmməldir. Havanı yarmağa mane olan soyutma sistemi, qabaq təkər əyləci kimi detallar yoxdur. Mexaniki tormoz yalnız arxa təkərdədir. Soyutma qapalı şəraitdə karbon 4 oksidlə (danışıqda quru buz) həyata keçirilir.
Motosikletin sürətlənmə zamanı yaratdığı səs təyyarənin qalxarkən çıxarsdığı səslə eyni səviyyədədir.
İstehsala gəlincə, bu motosiklet cəmi 1 ədəd istehsal edilib. Növbəti mərhələdə texnika 500 km/saat sürətə çatmaq üçün təkmilləşdiriləcək. İkinci nüsxənin hazırlanması nəzərdə tutulmur.
Çin hökuməti “təkərli smartfon”lara qadağa qoyur
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA










