Elektromobilə keçidin yaratdığı İŞSİZLİK

Elektromobilə keçidin sürətlənməsi detal istehsalçılarının da öz işlərində dəyişiklik etməsini şərtləndirir. Bu gün artıq bir çox detalın istehsalı azaldılır, müəssisələr transformasiya üçün yollar axtarır. Son nəticədə işsizlik riski də artır.
Avtosfer.az xəbər verir ki, 2027-ci ilin sonunadək Almaniyadakı tanınmış detal istehsalçılarının çoxu istehsalı başqa ölkələrə köçürəcək. Bazarda rəqabətə davam gətirə bilmək, iş qabiliyyətini saxlamaq üçün bir çox müəssisə Xorvatiya və Çexiyaya daşınacaq.
Çətinliklə üzləşən təkcə almaniyalı istehsalçılar deyil. Avropanın detal istehsalçıları ikitərəfli zərbə alıb. Bir tərəfdən Avropa İttifaqında 2035-ci ilədək istilik mühərriklərindən istifadə qadağan ediləcək. Digər tərəfdən, Çin müəssisələrinin artan təzyiqi də sözünü deyir. Kontinental, ZF, Vebasto və Boş kimi qlobalı istehsalçılar yerdəyişmə ilə yanaşı, işçi sayını ciddi şəkildə azaltmağa başlayıblar. Elektromobilə keçid baş tutduqdan sonra minlərlə əməkdaşa ehtiyac qalmayacaq. Müəssisələrdə həmçinin işçilərin ixtisas dəyişməsi də sürətlənib. Amma bu da kiminsə iş yerini saxlayacağına zəmanət vermir. Almaniyada hər 3 istehsalçıdan biri istehsalı xaricə köçürməyi planlaşdırır. Mersedes şirkətinin meneceri Olla Kaleniusun sözlərinə görə, “Əgər bir daxiliyanma mühərrikinin istehsalına azı 100 nəfər cəlb edilirsə, elektrik mühərrikinin istehsalı üçün 10 nəfər kifayətdir”.
Elektromobilə keçid Almaniyada avtomobil detalları istehsalında çalışan 270 min nəfərin gələcəyini sual altında qoyur. Radiator, porşen, silindrlər bloku, dirsəkli val, qazpaylama valı kimi böyük işçi qüvvəsi tələb edən detalların istehsalının dayandırılması ciddi sosial məsuliyyət yaradacaq. Digər tərəfdən, avropalı istehsalçılar Çin müəssisələri ilə rəqabətə davam gətirə bilmir. Almaniyada İKT, satış və servis sahəsində ciddi işçi qıtlığı olsa da, sənaye müəssisələri kadr sarıdan korluq çəkmir.
Vüqar Yaşaroğlu
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA
Yaşıl enerjiyə keçid iqlim dəyişikliklərinə necə təsir edəcək? – Ekoloq AÇIQLADI










