Elektromobilin salonuna sərnişindaşıyan dron yerləşdirildi - VİDEO
Maraqlı
9 Sentyabr 2024 16:54
Oxunub 224
Çinin Xpeng şirkəti yeni modul elktromobil üzərində işləyir.
Avtosfer.az xəbər verir ki, şirkət elektromobilə dron yerləşdirib. Başqa sözlə, maşının əsas yükü dronu daşımaqdır. Üçoxlu elektromobilin gediş ehtiyatı 1000 kilometrdir, batareyaların doldurulması təxminən 20 dəqiqə çəkir.
Dron isə avtomatik rejimdə maşından ayrıla bilir. Batareyalar tam dolu olduqda 5 qısa reys həyata keçirmək mümkündür. Lakin gediş ehtiyatı barədə dəqiq məlumat yoxdur.
Yeni texnika ictimaiyyətə noyabrda təqdim ediləcək. Həm vaxtdan etibarən sifarişlər də qəbul ediləcək. Çin üçün bu kompkektin qiyməti 2 milyon yuan (280 min dollar) müəyyən edilib. İxracla bağlı isə hələlik məlumat verilmir.
Vüqar
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR