Ən çox qəza törədən bürclər – İLK BEŞLİK

2025-ci ildə ən çox qəzalara Oğlaq və Şir bürcləri altında doğulan sürücülər səbəb olublar. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, Rusiyanın "VSK Sığorta Evi"nin analitikləri icbari avtomobil sığortası (OSAGO) üzrə illik statistikanı təhlil etdikdən sonra belə qənaətə gəliblər.
Nəticələrə əsasən, 2025-ci ildə ən çox qəzaya meyilli beş bürc Oğlaq, Şir, Buğa, Qoç və Xərçəng olub. Onlar bütün qeydə alınan qəzaların 44%-dən çoxunu törədiblər. Analitiklər, həmçinin qeyd edirlər ki, əvvəlki ilin analoji reytinqi ilə müqayisədə Əkizlər ilk beşlikdən çıxıb, Əqrəblər və Oxatanlar isə ən diqqətli sürücülər olublar.
Yaş qruplarını nəzərə alaraq, sığortaçılar 40-49 yaş arası avtomobil sahiblərini, xüsusən də Şir və Qoç bürclərindən olanları ən təhlükəli sürücülər adlandırıblar. Oxatan və Əqrəb bürcləri altında doğulmuş 29 yaşdan kiçik sürücülərin qəzaya düşmə ehtimalı isə ən aşağı səviyyədədir.
Qəzalar üzrə ilin lideri olan Oğlaq bürcü sürücülər üçün sığortaçılar KIA avtomobillərindən istifadə etməyi tövsiyə edirlər. Statistik olaraq, bu, qəza riskini azaldır. "Toyota" Şir və Qoç bürcləri, "Hyundai" Buğa bürcü, "Lada" isə Xərçəng bürcü üçün ən təhlükəsiz marka seçilib.
Alman brendi avtomobilin reklamını elə təşkil etdi ki… - VİDEO
Yeni muzeydə bu eksponatlar yer ala bilər - FOTOLAR
Telefon qiymətinə elektrikli motosiklet - FOTO
Sürət həddini nəzarətdə saxlamaq yanacaq sərfiyyatına necə təsir edir? - ARAŞDIRMA
Bu avtobusa ancaq qadın və uşaqlar minirlər - FOTO
Yol polisi sürücünü hansı halda saxlaya bilər? – MÜTƏXƏSSİS RƏYİ
Çinin bu şirkəti suda üzən avtomobil istehsal etdi - RƏSMİ
Turizm üçün ikinci postpandemiya dövrü?
“Toyota”dan yenilik; bu oturacaqlar 3500 dollara satışa çıxarıldı – RƏSMİ - FOTO
Metro və avtobusların kommersiya gəlirləri necə təşkil olunmalıdır? - EKSPERT
Azərbaycanda maraqlı hadisə: Avtobusda evlilik təklifi etdi - VİDEO










