“Ən güclü xarici pasportlar” - Siyahıda Azərbaycan da var

Kanadanın “Arton Capital” konsaltinq şirkəti 2022-ci il üzrə qlobal pasport reytinqini (Global Passport Power Rank 2022) açıqlayıb. Azərbaycan bu reytinqdə 62-ci yerdədir.
Məlumata görə, “ən güclü xarici pasportlar”ın sahibi olan ölkələrin siyahısı vizasız gəliş-gediş rejimi əsasında tərtib olunub.
Reytinqə əsasən, respublikamızın vətəndaşları 80 ölkəyə vizasız daxil ola bilərlər. Sənəd sahibləri 34 ölkəyə viza almadan daxil ola bilirlər, daha 46 ölkədə isə onlara gəliş zamanı giriş icazəsi verilir.
Yeri gəlmişkən, siyahıda Azərbaycanla eyni pilləni Nambiya və Tunis bölüşür.
Reytinqin lideri BƏƏ-dir. Yaxın Şərq dövlətinin vətəndaşlarına yalnız dünyanın 18 ölkəsinə səfər etmək üçün viza lazımdır.
İkinci yeri Almaniya, İsveç, Finlandiya, Lüksemburq, İspaniya, Fransa, İtaliya, Niderland, Avstriya, İsveçrə və Cənubi Koreya bölüşürlər. Bu ölkələrin vətəndaşları (Cənubi Koreya istisna olmaqla) BƏƏ pasportuna sahib olanlardan daha çox ölkəyə (123-127 ölkə) vizasız gedə bilirlər, lakin dünyada giriş icazəsi tələb olunan ölkələrin sayı da 25-ə yüksəlib.
Rusiya pasportu Türkiyə ilə birlikdə 38-ci sırada qərarlaşıb - ruslara dünyanın 78, türklərə isə 73 ölkəsinə vizasız giriş icazəsi verilir. Səfər üçün viza tələb edilən dövlətlərin sayı eynidir - 75.
Reytinqdə sonuncu, 97-ci yeri Əfqanıstan pasportu tutub.
(oxu.az)
Dünyanın ilk qızılla örtülmüş küçəsi yaradılır - FOTOLAR
Yeni kəşflə avtomobillərin proqram təminatını qarajda güncəlləmək mümkün olacaq - ARAŞDIRMA
Bu ölkədə vəsiqəsiz sürücülərin avtomobili istisnasız müsadirə edilir
ABŞ elektromobil şirkətində qapı tutacaqlarının dəyişdirilməsi Konqresdə müzakirəyə çıxarıldı - FOTO
Dünyanın ən böyük rolkeri suya salındı – 10800 avtomobil tutur
Narkoman sürücülərlə mübarizədə Belçika təcrübəsi: HƏBS, CƏRİMƏ
Elektrikli avtomobilləri 13 il işlətdikdən sonra batareya tutumu 20-25% azalır - ARAŞDIRMA
Dünyanın ən gözəl stüardessaları - SİYAHI - FOTOLAR
120 il əvvəl sürücülər qışda belə geyinirdilər - FOTO
Elektromobillərin batareyasını dəyişdirmək xərci avtomobilin ikinci əl qiyməti ilə eynidir - ARAŞDIRMA
Dəmir yollarında keçən ömür - VİDEO











