Ərəb şahzadəsinin bikinili modellərlə dənizdə yaxta keyfi – FOTOLAR

Səudiyyə Ərəbistan kralının ailəsi dünyanın ən bahalı – “Solandge” adlı yaxtasında Bodrumda görüntülənib.Şahzadə Navaf bin Əbdüləziz Əl Səud iki oğlu, Müdafiə Naziri Şahzadə Məhəmməd Bin Salman və digər qonaqları ilə birlikdə Hacımehlem buxtasında su idman növləri ilə məşğul olub, daha sonra yaxtanın göyərtəsində bikinili modellərlə deyib-gülüb, əyləniblər. Şahzadə Navaf Əl Səud su idman növləri ilə məşğul olan zaman mühafizəçilər ətrafda sanki quş uçmasına icazə verməyərək ciddi təhlükəsizlik tədbirləri görüb.
Səudiyyə Ərəbistan kralının ailəsi axşam yeməyini Yalıkavak Məhəlləsində lüks restoranda yeyib, 4 min avro hesab, min avro isə bəxşiş qoyublar.
Qeyd edək ki, kral ailəsinin dincəldiyi 85 metr uzunluğundakı, nəhəng yaxtanın həftəlik kirayəsi 1 milyon avro olduğu bildirilir. Yaxtanı ingiltərəli kapitan Paul Messenger idarə edib. Üç il əvvəl istifadəyə verilən yaxta qapalı və açıq üzgüçülük hovuzları, SPA, kino zalı, iki mini sualtı gəmidən ibarətdir. Yaxta həm də 220 min litr yanacaqla heç dayanmadan 6 min mil məsafə qət edə bilir. Dəyərinə görə, daim diqqət mərkəzində olan yaxtanı icarəyə götürən şəxsin adı adətən gizli saxlanılır. Lakin Səudiyyə Ərəbistan kralının ailəsi dünyanın ən bahalı yaxtasını icarəyə götürdüyünü gizli saxlamağa çalışmayıb.
Kral ailəsi tətilini Bodrumdan sonra Yunanıstanın Mikonos, Tilos və Patmos adalarında davam edəcəklərini qeyd edib./Publika


















“Apple CarPlay” və “Android Auto” niyə avtomobillərdən çıxarılır? – Səbəbi AÇIQLANDI
“Lexus” sürəndə hörmət qoyanlar “Changan”da adamı bezdirirlər – Nazilə Səfərli - VİDEO
Daha bir marka tarixə qovuşa bilər
“Rettungsgasse” bizdə də ola bilərmi? - VİDEO
ABŞ-də bu avtomobillər 85 qəpikdən hərraca çıxarıldı – MARAQLI
Yollarda səs-küyün qarşısını belə almaq olar – TƏKLİF
Avtomatik maşınlarda bu düymənin nə işə yaradığını bilirsiniz? – ARAŞDIRMA
“Eşref Tek”in maşını Bakıya gətirildi: İstəyən şəkil çəkdirə bilər – VİDEO
Bu küçə piyadalaşdırılacaq: Evlərin qiyməti yüksələ bilər – EKSPERT – VİDEO
Gədəbəydə maraqlı toy karvanı - VİDEO
Bakıda retro maşınlarından ibarət toy korteji - VİDEO










