"Ermənistanda yaralı hərbçilərlə dolan xəstəxanalar COVID-19 xəstələrini qəbul edə bilmir"

"Son günlər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkələr üzrə COVID-19-la bağlı təqdim etdiyi statistikaya nəzər yetirdikdə, virusun Ermənistanda kəskin pisləşdiyinin şahidi oluruq".
BunuAvtosfer.az-a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyib.
N.Abdullayev bildirib ki, hazırda Ermənistanda viruslu xəstələrin sayının artması ilə yanaşı, xəstələrə tibbi xidmətin göstərilməsində də mənfi tendensiya baş alıb gedir:
"Bu da təbii ki, koronavirus xəstələri ilə bərabər yaralı hərbçi sayının çoxluğu ilə əlaqədardır. Onsuz da pis vəziyyətdə olan Ermənistan səhiyyəsi artıq xəstələrin müayinə və müalicəsi qarşısında öz acizliyini nümayiş etdirməkdədir. Bu da ölkədə ölüm hallarının çoxalmasına səbəb olan digər amillərdən biridir. Virusa yoluxanların və virusdan ölənlərin sayının gündən günə artdığını erməni mətbuat orqanları da təsdiq edir. Ermənistan kimi balaca bir ölkədə gün ərzində virusa yoluxma sayının artıq mini keçməsi isə artıq ciddi həyəcan siqnalı deməkdir. Bunu başa düşmək üçün sadəcə təxminən 83 milyonluq əhalisi olan Almaniya ilə müqayisə eləmək lazımdır, belə ki, Almaniyada gündəlik yoluxma sayı artıq 3000-ü keçəndə həyəcan siqnalı çalınmışdır. Ermənistan isə 3 milyona yaxın əhalisi ilə artıq gündəlik 1000 yoluxmanın üzərindədir və bu da onlar üçün çox ciddi narahat doğurucu bir rəqəmdir".
Tibb elmləri doktoru xatırladıb ki, hələ bir neçə gün əvvəl - oktyabrın əvvəllərində Dağlıq Qarabağda davam edən döyüşlərdə yaralı hərbçilərin çoxluğu səbəbindən Ermənistanda xəstəxanalar xəstə qəbulunu dayandırıb:
"Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatlarından sonra məhv edilən, yaralanan erməni silahlılarının sayı durmadan artır. Buna görə də, Ermənistanda müvafiq qərar qəbul edilib ki, yalnız ağır xəstələr xəstəxanalara qəbul edilsin. Bu da təbii ki, xəstəxanaların dolmasından irəli gəlir. Çünki Ermənistanın səhiyyə ocaqları yaralı hərbçilərlə, mülki vətəndaşları eyni anda qəbul etmək iqtidarında deyil".
Azərbaycanlı alim vurğulayıb ki, xarici ölkələrdən Ermənistana və Dağlıq Qarabağa gələn əcnəbi jurnalistlərin özləri ilə birlikdə virus gətirmələrindən narahat olan ermənilər sosial şəbəkələrdə öz etirazlarını bildirirlər:
"Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gələn əcnəbi jurnalistlərin COVID-19 yayması ilə bağlı Ermənistanda yerli əhali arasında narazı fikirlər formalaşmağa başlayıb. Məlumata görə, Ermənistan və Dağlıq Qarabağa gələn xarici jurnalistlər əsasən koronavirus daşıyıcılarıdır, bu da müharibə vəziyyətində daha da çətinlik yaradıb. Görünən odur ki, Ermənistanda ümumi tibbi xidmətin səviyyəsinin aşağı olduğu ilə yanaşı həkim sayının daha az olması müharibə şəraitində onlara çox ciddi problem yaradıb".
Nərminə
Taksi sürücüsündən sərnişinlərə unikal etiraz: “Əlavə suallara ehtiyac yoxdur” - FOTO
Şəhər küçələri elə salınmalıdır ki, sürətli hərəkət mümkün olmasın - EKSPERT
Sumqayıtın 50 il əvvəlki nəqliyyat sistemi indiki tələblərə necə uyğunlaşdırılıb? – ARAŞDIRMA - FOTO
192 sərnişin bilet aldı, təyyarə isə boş getdi
Bu avtomobillər uzaq məsafələrə səfərlərdə sizi yolda qoymayacaq – ARAŞDIRMA - FOTOSESSİYA
Maşını sürməsəniz də, illik 8 mindən çox xərc çəkə bilərsiz - ARAŞDIRMA
İslam Səfərli küçəsində hansı dəyişikliklər edilməlidir? – EKSPERT RƏYİ - FOTO
"8888" nömrəli lüks Mercedes Çində dəfn olundu - VİDEO
Çin yeni yanacağa sərmayə qoyur – 4 MANATA 116 KİLOMETR
Taksi sürücüsünün üsyanı: Dərdinizi mənə yox, ona danışın - FOTO
Limit yoxdur, amma almanlar sürmürlər – SƏBƏB - FOTO










