Banner

Evdə arvadına əsəbiləşən sürücü acığını yoldakılardan çıxır – MÜTƏXƏSSİS - VİDEO

Maraqlı 7 Noyabr 2025 11:30 Oxunub 732
Evdə arvadına əsəbiləşən sürücü acığını yoldakılardan çıxır – MÜTƏXƏSSİS - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Hərdən olur ki, bəzi insanlar evdə həyat yoldaşı ilə mübahisə edir, amma heç nə deyə bilmir, çünki ev onun adınadır. Əsəbi vəziyyətdə evdən çıxan həmin şəxslər yolda kiməsə söz deməyə, hirslərini kimdənsə çıxmağa çalışırlar. Təəssüf ki, bu zaman çox vaxt qadın sürücülər, xüsusilə də təlim maşınında olan xanım sürücülər hədəfə çevrilirlər.

Avtosfer.az xəbər verir ki, bu barədə “Avto FM”in efirində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov danışıb. Onun sözlərinə görə, bəzən kişilər ailə daxilindəki gərginliyi idarə edə bilmədikdə, sükan arxasında aqressiv davranışlar nümayiş etdirirlər:

“Evdə həyat yoldaşı ilə mübahisə edir, amma bir söz deyə bilmir. Əsəbləşir, evdən çıxır. Bu hirsini kimdənsə çıxmalıdır axı. Təəssüf ki, çox vaxt qadın sürücüləri, xüsusilə də təlim maşınında olan xanım sürücüləri daha zəif hesab edib onlara qarşı əsəbi davranırlar. Bu isə yolda gərginliyə və təhlükəli situasiyaların yaranmasına səbəb olur.”
Aqil Rəhimov qeyd edib ki, bu cür davranışlar yalnız etik qaydaların pozulması deyil, həm də yol hərəkəti təhlükəsizliyinə ciddi risk yaradır:

“Əsəblərini sükan arxasında idarə edə bilməyən hər bir sürücü potensial təhlükə mənbəyidir. Yolda anlayış, səbir və qarşılıqlı hörmət hər kəs üçün vacibdir.”

Məşqçi sürücüləri xüsusilə təlimdə olan qadın sürücülərə qarşı daha anlayışlı və dözümlü olmağa çağırıb.

Eltac Zülfüqaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh