Facebook profilinizə kimlərin baxdığını öyrənmək istəyirsiniz?

Son illərin bizi ən çox düşündürən suallarından biri də budur. "Google"-da bu suala verilən cavablar bir az qarışıqdır. XəzərXəbər xəbər verir ki, müxtəlif addımları izləyərək profilinizə kimlərin baxdığını göstərəcəyini iddia edən bir çox bələdçi tətbiq vardır.
Məyus olmağa hazırsınızmı?
Ən köhnə "Facebook" əfsanələrindən biri olmasına baxmayaraq bir çox istifadəçi, bu mövzuda hələ də ümidlidir. Ancaq bunun cavabı başdan verək: Profilinizə kimin baxdığını öyrənmənin hər hansı bir yolu yoxdur. "Facebook"a görə bu məlumatı əldə edə bilməzsiniz. Bəs niyə?
"Facebook" onu necə istifadə etdiyinizi öz faydası və qazancı üçün izləyir və bu məlumatları sizə təmin etmək kimi bir məcburiyyəti yoxdur. Yəni "Facebook" administratorları profilinizə kimin neçə dəfə baxdığını bilsə də, bunu sizinlə paylaşmaq istəmir. Bu məlumata hər hansı bir tətbiq və ya hiylə yolu ilə çatmanızın da hər hansı bir yolu yoxdur.
Sınamağa dəyərmi? Xeyr!
Sizə profiliniz haqqında müxtəlif məlumatlar təqdim edəcəyini iddia edən bir çox tətbiqə rast gəlməniz mümkündür. Üstəlik bu tətbiqlər, bəyənilmə sayına baxılsa xeyli istifadəçi tərəfinin marağını oyandırmış vəziyyətdədirlər.
Məsələn, küçədə tanımadığınız biri sizə bir torba dolusu brilliant satmağa çalışsaydı onu alardınızmı, yoxsa saxta ola biləcəyini düşünərək yoxlamaqmı istəyərdiniz? Bu cür tətbiqlər, sizin profilinizin gizliliyi və təhlükəsizliyi mövzusunda heç bir diqqət göstərməyərək profilinizi sındırmağa açıq hala gətirilər.
Bu cür tətbiqlər, əslində iki ana qrupa ayrılırlar:
1. Tamamilə zarafat olan, heç bir şey təqdim etməyən, bəzən hətta zərərli olan tətbiqlər.
2. Yalnız eyni tətbiqi yükləyən "Facebook" dostlarınız haqqında sizə məlumat təqdim edən tətbiqlər.
İkincisi birinci qədər zərərli olmasa da tətbiq onu yoldaşlarınızın da yükləməsi üçün onları narahat edə bilər (spam olur). Üstəlik bu tətbiqin verdiyi məlumat heç bir işinizə yaramayacaq.
Uzun sözün qisası, bu tətbiqləri sınağınıza dəyməyəcək. Çünki heç biri, doğru məlumatı sizə təqdim edə bilməməkdədir. Hətta başınıza gizlilik problemləri kimi fərqli problemlər aça biləcəyi üçün onlardan uzaq dayanmaq lazımdır./olke.az
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












